GFC MMC

1C / ERP Sistemləri üzrə avtomatlaşdırma üzrə mütəxəssis

Ə/h razılaşma ilə
336
Tam iş günü
Bakı, Azərbaycan
24.04.25 - 24.05.25

İş haqqında məlumat

  • 1C sistemləri (ZÜP, ERP, UPP, Mühasibat) üzrə texniki dəstəyin göstərilməsi və sistemlərin inkişafında iştirak;
  • Biznes proseslərin avtomatlaşdırılması üzrə layihələrdə aktiv iştirak;
  • 1C ERP bazasının fəaliyyətinin təhlili və optimallaşdırılması işlərinin həyata keçirilməsi;
  • 1C ERP konfiqurasiyalarının yenilənməsi, düzəlişlərin edilməsi, məlumatların köçürülməsi və ehtiyat nüsxələrin yaradılması;
  • Əmək haqqı, mükafat, cərimə, aliment və vergi hesablamaları üçün şablonların hazırlanması və tətbiqi;
  • HR və mühasibatlıq şöbələrinin tələblərinə əsasən müxtəlif hesabatların və formaların hazırlanması;
  • 1C ilə digər sistemlər arasında inteqrasiyanın qurulması və dəstəklənməsi (iş qrafiki, bank, anbar, BI və s.);
  • İstifadə zamanı aşkarlanan çatışmazlıqların təhlili və proqramçılara müvafiq məlumatların təqdim olunması;
  • İstifadəçi hüquqları və rollarının düzgün şəkildə tənzimlənməsi;
  • İstifadəçilərə texniki dəstəyin göstərilməsi və təlimlərin keçirilməsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı bazar rəqabətinə uyğundur və müsahibə əsasında müəyyənləşdiriləcəkdir;
  • Uyğun olarsa, hibrid və ya qismən uzaqdan iş imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Sabit və inkişaf edən şirkətdə maraqlı layihələrdə iştirak;
  • Peşəkar inkişaf və avtomatlaşdırma sahəsində karyera yüksəlişi imkanı. 

Tələblər

  • 25-35 yaş arasında;
  • Ali təhsilli olması;
  • Azərbaycan və Rus dillərini mükəmməl bilmək; 
  • 1C sistemləri ilə ən azı 3 il iş təcrübəsi (xüsusilə ZÜP, ERP və ya UPP sahəsində);
  • 1C proqramlaşdırma bilikləri (konfiqurator, sorğular, hesabat konstruktoru və s.);
  • Mühasibatlıq və kadr uçotu üzrə əsas biliklər;
  • Xarici sistemlərlə 1C inteqrasiyası üzrə təcrübə üstünlükdür;
  • HR, mühasibatlıq və logistika komandaları ilə səmərəli əməkdaşlıq etmək bacarığı;
  • Təşəbbüskarlıq və sistemli yanaşma qabiliyyəti;
  • Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.