Bakı,
Azərbaycan
18.06.2025 22:36
-
18.07.2025 12:00
İş haqqında məlumat
- 1C proqram təminatı üzərindən anbar əməliyyatlarının icrası və uçotun aparılması;
- Anbara daxil olan və çıxan malların sistemə dəqiq və vaxtında daxil edilməsi;
- Excel vasitəsilə gündəlik hesabatların hazırlanması və idarə olunması;
- Anbar sənədlərinin düzgün qeydiyyatı və arxivləşdirilməsi;
- Anbar proseslərinin sistemli və analitik şəkildə idarə olunmasına dəstək;
- Mövcud proqramlarla işləmə və yeni proqramlara sürətli adaptasiya;
- Sistemli və stabil şirkət mühitində iş imkanı;
- Yeni başlayanlara ilkin təlim və öyrədici mühit təqdim olunur;
- Rəqabətli əməkhaqqı;
- Nizamlı iş rejimi və peşəkar komanda;
- Peşəkar biliklərin tətbiqi və inkişafı üçün real imkanlar;
- İş yeri: Sea Breeze ərazisi, inşaat sahəsi – Anbar bölməsi.
Tələblər
- 1C proqramı ilə tanışlıq və işləməyə açıq olmaq (təcrübə az olsa da, öyrənməyə meyilli olmaq əsasdır);
- Microsoft Excel proqramında işləmə bacarığı (orta və ya yaxşı səviyyədə);
- Analitik düşüncə və detallara diqqət;
- Səliqəli, dəqiq və məsuliyyətli iş prinsipi;
- Proqram təminatları ilə işləmə bacarığı və texniki yönümlü yanaşma;
- Yeni məzunlar və ya az təcrübəli, lakin potensiallı namizədlərə üstünlük verilə bilər.