Beauttech

Administrator

Beauttech
650 - 900 ₼
735
Tam iş günü
Bakı, Azərbaycan
06.08.2025 12:32 - 06.09.2025 12:00

İş haqqında məlumat

Sən də dinamik və prestijli gözəllik sənayesində karyera qurmaq istəyirsənsə, BEAUTTECH-də peşəkar komandanın bir hissəsi ol! İnkişaf etmək və uğurlar qazanmaq fürsətini qaçırma!
Səni nə gözləyir?

  • Müştəriləri qarşılamaq, onları xoş atmosferdə qarşılayıb suallarını cavablandırmaq;
  • Telefon zənglərini idarə edib, uyğun şəxslərə yönləndirmək;
  • Müştəri bazasını yeniləmək və dəqiq informasiya təmin etmək;
  • Gündəlik salon əməliyyatlarını nəzarətdə saxlamaq və müştəri məmnuniyyətini maksimuma çatdırmaq;
  • Rezervasiyaları qəbul etmək və qrafikləri idarə etmək;
  • Komanda ilə birgə çalışaraq işçilərin iş qrafikini tənzimləmək;
  • Salonun təmizliyini və nizamını təmin etmək;
  • Müştərilərə xidmətlər haqqında məlumat verib əlavə satışları artırmaq;
  • 650-900 AZN maaş + performansa uyğun yüksəlmə imkanı və bonuslar;
  • Rəqabətədavamlı maaş və sabit gəlir;
  • Peşəkar komanda və dəstəkləyici iş mühiti;
  • Ödənişsiz gözəllik xidmətlərindən faydalanmaq;
  • Karyera və inkişaf imkanları, təlim proqramları;
  • Rahat iş qrafiki: 10:00 - 20:00.

Maraqlısansa, CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər və mövzu hissəsində “Administrator” qeyd etməyi unutma!

Tələblər

  • 1-2 il müvafiq iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq (İngilis dili üstünlükdür);
  • Müştərilərlə ünsiyyət bacarığı, operativ qərarvermə qabiliyyəti;
  • Kompüter bilikləri və ofis proqramlarından istifadə bacarığı;
  • Stressə davamlılıq və çevik həll yolları tapmaq bacarığı;
  • Yaş: 25-35, Xanım namizədlər.


Oxşar vakansiyalar