Gəncə,
Azərbaycan
08.09.2025 11:50
-
08.10.2025 12:00
İş haqqında məlumat
Gəncə şəhərində yeni yaradılmış servis mərkəzinə Anbar rəhbəri vəzifəsinə namizəd axtarışındayıq.
- Anbarın gündəlik idarə edilməsi: materialların, alətlərin və ehtiyat hissələrinin düzgün saxlanılması və izlənməsi;
- Malların qəbul edilməsi, yerləşdirilməsi və ehtiyatların yoxlanılması;
- Malların uçotu və anbarın inventarizasiyası: materialların sayı və keyfiyyəti haqqında məlumatın daim yenilənməsi;
- Əməliyyatlar üçün lazım olan materialların təmin edilməsi: tələb olunan ehtiyatların sifarişi və çatdırılmasına nəzarət etmək;
- Anbarın səliqəli və təmiz saxlanması: materialların düzgün şəkildə yerləşdirilməsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Əməkdaşların iş bölgüsünün aparılması və onların təlimatlandırılması;
- Malların daşınması və qəbulu zamanı düzgün prosedurların izlənməsi;
- Nasazlıq və itki olduqda dərhal rəhbərliyə məlumat verilməsi.
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun münasibətlərin rəsmiləşdirilməsi;
- Əmək haqqı müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək.
Ərizə qəbulu:
Vakansiya ilə bağlı müraciət üçün əlavə CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbar Rəhbəri” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Anbar idarəetməsi sahəsində təcrübə;
- Dil bilikləri: ingilis dili, rus dili;
- İnventarizasiya və ehtiyatların idarə edilməsi barədə biliklər;
- Anbar proqram təminatı və ofis proqramları ilə işləmə bacarığı;
- Yüksək təşkilatçılıq və komanda idarəetmə bacarıqları.