İMEC Mühəndislik
700 ₼
485
Tam iş günü
Bakı, Azərbaycan
25.07.2025 10:54 - 25.08.2025 12:00

İş haqqında məlumat

  •  Anbara daxil olan və çıxan malların qəbulu, yoxlanılması və düzgün yerləşdirilməsi;
  •  Malların stok üzrə qeydiyyatının aparılması və nizamlı saxlanılması;
  •  Anbar sənədlərinin (qaimə, təhvil-təslim aktı və s.) düzgün və vaxtında hazırlanması;
  •  Anbarın təmiz və səliqəli vəziyyətdə saxlanılması;
  •  Mal qalığının uçotunun aparılması və rəhbərliyə hesabatların təqdim edilməsi;
  •  Yükləmə və boşaltma proseslərinə nəzarət və lazım olduqda fiziki yardım;
  •  Dövri inventarizasiya prosesində iştirak;
  •  Anbar proqramı ilə işləmək və məlumatların sistemə daxil edilməsi;
    İş rejimi: 5 günlük;
  • İş vaxtı: 09:00-18:00;
  • Nahar vaxtı: 13:00-14:00;
  • İstirahət günü: şənbə, bazar;;
  • Əmək haqqı: 700 AZN(başlanğıc)
  • İş yeri: Xətai rayonu, 8 Noyabr pr 23, Amay Ticarət Mərkəzinin 7-ci mərtəbəsi;
  • Rəsmi sənədləşmə;
  • Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər;
  • Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Anbar əməliyyatları və mal qəbulu / təhvili qaydaları üzrə biliklər;
  • Stok və inventar nəzarəti üzrə təcrübə;
  • Anbar proqramları ilə işləmə bacarığı (1C, ERP və s.);
  • MS Excel və digər ofis proqramlarında işləmə bacarığı;
  • Yükləmə və boşaltma işlərinə nəzarət və dəstək vermə bacarığı;
  • Sənədləşmə və uçot işlərini dəqiq aparmaq bacarığı;
  •  Diqqətli, məsuliyyətli və səliqəli olmaq;
  •  Komandada işləmək və təzyiq altında işləmə bacarığı;
  •  Fiziki iş yükünə dözümlü olmaq;
  • Nizam-intizamlı və vaxtında işə gəlmək vərdişi.