Sensemi DMCC

Anbardar (istehsalat üzrə)

Sensemi DMCC
Ə/h razılaşma ilə
790
Tam iş günü
Sumqayıt, Azərbaycan
24.07.2025 10:54 - 24.08.2025 12:00

İş haqqında məlumat

  • Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və nəzarətini həyata keçirmək;
  • Anbarda təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və bu tələblərin heyət tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;
  • Müvafiq satış və sifariş tələblərinə əsasən anbardan düzgün məhsul çıxışını təmin etmək;
  • Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra etmək;
  • Bütün əməliyyatların (qaimə, akt və s.) sənədləşməsini prosedur qaydalarına əsasən aparmaq və sənədləri arxivləşdirmək;
  • Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Daxil olan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
  • Anbarlara qəbul edilmiş mallar haqqında son-istifadəçiləri məlumatlandırmaq, onların həmin malları təftiş etməsi məqsədilə lazım olan texnika və işçi qüvvəsi təmin etmək;
  • Aylıq mühasibatlığa anbarda olan malların hesabatını təqdim etmək;
  • Əmək haqqı müsahibə əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
  • Ünvan : Sumqayit şəhəri  İş qrafiki: 5 günlük (09:00 – 18:00)
  • Ünvan : Sumqayit şəhəri  
  • Müraciət üçün: CV-nizə “Anbardar” vəzifəsi qeyd etməklə  [email protected]  qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 10 256 53 80 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Tələblər

  • Ali və ya ixtisas təhsili ;
  • Sahəsi üzrə minimum 1 il əmək stajına malik olmalıdır;
  • Hər növ nəqliyyatda yük daşınmasının təşkili barədə məlumatlı olmalıdır;
  • Malların və avadanlıqların xüsusiyyətlərini bilməlidir;
  • Malların qruplarının çeşidini və əsas xüsusiyyətləri bilməlidir;
  • Sahəsinə aid olan sənədlərini tərtib etmə bacarığına malik olmalıdır;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
  • MC Office və Outlook proqram bilməlidir (xüsusu olaraq 1C proqramı) .