Radius MMC

Anbardar köməkçisi

Radius MMC
500 ₼
853
Tam iş günü
Bakı, Azərbaycan
22/05/2026 - 05/06/2026

İş haqqında məlumat

  • Malların (təkərlər, disklər, yağ məhsulları, akkumulyator və s.) anbarda qəbulunda, sayılmasında və yerləşdirilməsində anbardara yardım etmək.
  • Gündəlik daxil olan və çıxan malların hərəkətində iştirak etmək.
  • Məhsulların markalanması, etiketlənməsi və düzgün yerləşdirilməsi prosesində iştirak etmək.
  • Malların daşınması və yüklənməsi zamanı fiziki kömək göstərmək.
  • Anbarda təmizlik, səliqə və təhlükəsizlik qaydalarına riayət etmək.
  • Anbardarın tapşırığı ilə stok sayımı və inventarizasiya proseslərində iştirak etmək.
  • İşdə istifadə olunan inventar, alət və texnikanın (araba, qaldırıcı, skaner və s.) düzgün istifadəsinə və qorunmasına nəzarət etmək.
  • Malların zədələnməsi, itməsi və ya uyğunsuzluq halları barədə dərhal anbardara məlumat vermək.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş vaxtı: 09.00-dan 18.00-kimi
  • İş yeri: Badamdar qəs., M.Müşfiq küç.
  • Nahar şirkət tərəfindən qarşılanır;

Əmək haqqı:

  • Başlanğıc aylıq məvacib 500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Tələblər

  • Təhsil : Orta
  • İş təcrübəsi : Oxşar vəzifə üzrə 3 il iş təcrübəsi
  • Cins: Bəy namizədlər
  • Yaş həddi: 20-35 arası
  • Dil bilikləri: Azərbaycan dili səlis
  • Müvafiq texniki biliklər və məhsullar barədə məlumat
  • Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
  • Komandada işləmək bacarığına malik olan

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.