Bakı,
Azərbaycan
08.05.25
-
08.06.25
İş haqqında məlumat
- Anbardar-mühasib tikinti materiallarının və avadanlıqlarının düzgün uçotunu aparır, şirkətin anbarına daxil olan və çıxan bütün maddi ehtiyatları izləyir.
- Anbarın səmərəli işləməsi və mal-materialların düzgün tərtibi üçün tələb olunan sənədləri tərtib edir və müvafiq mühasibatlıq sistemlərinə daxil edir.
- Öz fəaliyyətində Azərbaycan Respublikasının tikinti və mühasibatlıq qanunvericiliyini, ISO standartlarını və şirkətin daxili prosedurlarını rəhbər tutur;
- Tikinti materiallarının, avadanlıqlarının və digər ehtiyatların qəbulu, yerləşdirilməsi, saxlanması və uçotunun aparılması.
- Tikinti layihələrində istifadə olunan materialların gündəlik giriş-çıxış sənədlərinin hazırlanması və mühasibatlıq sisteminə daxil edilməsi.
- 1C, Logo və digər mühasibat proqramlarında anbar əməliyyatlarının uçotunu aparmaq.
- Tikinti materiallarının qalıqları və hərəkətinin aylıq, rüblük və illik hesabatlarını hazırlamaq və təqdim etmək.
- Tikinti sahəsində işlərin düzgün aparılması üçün tələb olunan inventarizasiya prosesində iştirak etmək və nəticələri uçota almaq;
- Qaimə-faktura, sifariş və təhvil-təslim aktlarının düzgünlüyünü yoxlamaq və mühasibatlıqla uyğunlaşdırmaq;
- Təchizatla bağlı sənədləri yoxlamaq, sistemə daxil etmək və arxivləmək;
- Anbardakı materialların təhlükəsizliyini təmin etmək və iş sahəsində səliqə-sahman qaydalarına riayət etmək;
- İşin daha səmərəli təşkili üçün rəhbərliyə təkliflər vermək;
- Səlahiyyəti daxilində müvafiq sənədlərə çıxış əldə etmək;
- Anbarla bağlı məsələlərdə müvafiq struktur bölmələrə müraciət etmək;
- Təhlükəli və ya uyğunsuz hallarla bağlı əməliyyat departamentinin rəhbərini məlumatlandırmaq;
- İş rejimi: 6 günlük iş həftəsi;
- Nahar fasiləsi: 13:00–14:00.
Tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq, logistika və ya müvafiq sahə üzrə).
- Anbar və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi (preferensial olaraq tikinti sahəsində təcrübə).
- bəy namizədlərə üstünlük verilir
- 1C, Logo və ya digər anbar və mühasibatlıq proqramlarında işləmək bacarığı.
- Dəqiqlik, məsuliyyətlilik və sənədlərlə sistemli işləmək bacarığı.
- Tikinti materiallarının və avadanlıqlarının düzgün uçota alınmamasına görə.
- Sənədlərin düzgün tərtib olunmaması və ya vaxtında təqdim edilməməsi ilə bağlı məsuliyyət daşıyır.
- Şirkətə maddi və ya sənəd əsasında zərər vurulmasına görə məsuliyyət daşıyır.
- Anbar qaydalarının və təhlükəsizlik prosedurlarının pozulmasına görə məsuliyyət daşıyır.