Bakı,
Azərbaycan
23.07.2025 03:55
-
23.08.2025 12:00
İş haqqında məlumat
- Məlumat Strategiyasını Məlumat Memarlığı və Məlumat Platformaları mühitində icra etmək;
- Çeviklik və rəqəmsallaşmanı nəzərə alaraq müxtəlif funksional sahələr üçün yeni xüsusiyyətlər və ya optimallaşdırma təşəbbüslərini araşdırmaq, layihələndirmək və təklif etmək;
- Backend Əməliyyat Sistemləri, Backend Analitik və Hesabat Sistemləri və Əsas Sistemlər arasında sinerji yaratmaq məqsədilə Məlumat Memarlığı mövzusunda spesifik istiqamətlərdə iştirak etmək;
- Big Data texnologiyaları, paylanmış hesablama və qabaqcıl optimallaşdırma üsullarını anlamaq;
- Model qurulması, saxlanılan prosedurlar, replikasiya, tənzimləmələr və təhlükəsizlik prinsipləri və standartlarını tətbiq edərək şirkət tərəfindən müəyyən edilmiş texniki və biznes hədəflərinə nail olmaq;
- Mövcud hesabat və analitik istifadə halları üçün daxili və xarici məqsədləri dəstəkləmək və təmin etmək üçün müxtəlif texnologiyalar və memarlıq nümunələri istifadə edərək məlumatla bağlı xidmətlərin inkişaf mərhələlərində iştirak etmək;
- Komandalarda məhsullar və daxili maraqlı tərəflərlə işləyərək yeni məhsullar, məhsullarda yeni funksiyalar yaratmaq, problemlərin əsas səbəblərini müəyyənləşdirmək, analizləri anlayışlara və həllərə çevirmək;
- Layihələrin icrası və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində iştirak etmək;
- Test-əsaslı inkişaf yanaşması ilə Data Stack-in keyfiyyət idarəetməsində iştirak etmək, inkişaf dövrü ərzində UNIT, İnteqrasiya və Reqressiya testlərinə sahib olmaq;
- Data Stack üçün şirkət tərəfindən müəyyən edilmiş sənədləşmə standartlarına uyğun sənədləri təqdim etmək və Agile Sprintlər və ya Waterfall mərhələləri çərçivəsində daim sənədləşdirmə təmin etmək;
- Məlumat mühəndisliyi komandasına texniki liderlik etmək, kiçik mühəndislərə mentorluq etmək və bilik paylaşımı sessiyaları keçirmək; məlumat mühəndisliyi sahəsində sənaye trendləri və ən yaxşı təcrübələrdən xəbərdar olmaq;
- Təşkilatın məlumat memarlığının strateji vizyonuna töhfə vermək, məlumat həllərinin uzunmüddətli biznes məqsədləri ilə uyğun olmasını təmin etmək;
- Məlumatların yüklənməsi və işlənməsi üçün saxlama və xidmətlərin inkişafında DWH mühəndisi rolunda iştirak;
- Məlumat anbarı dizaynı və inkişafı;
- Məlumat mənbələrinin inteqrasiyası, ETL (ELT) yaradılması - prosedurlar;
- Böyük miqdarda məlumat və yüksək iş yükü ilə işləmək;
- İdarəetmə hesabatlarının və analitikasının, məlumat marşrutlarının inkişafı;
- Memarlıq qərarlarının hazırlanmasında və qəbul edilməsində iştirak edin;
- Performansı izləyin və optimallaşdırın;
- Kod nəzərdən keçirilməsi;
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
- Maraqlananlardan xahiş olunur, https://canscreen.io/vacancies/483/ linkə daxil olub, CV-nizi yönləndirəsiniz.
Tələblər
- Ali və ya peşə təhsili (Bakalavr dərəcəsi);
- Telekommunikasiya, Bankçılıq və Pərakəndə sektorlarında Məlumat Mühəndisliyi və ya Proqram Təminatı Mühəndisliyi sahəsində minimum 3+ il iş təcrübəsi;
- Azərbaycan, İngilis, Rus dilləri;
- PL/SQL və SQL proqramlaşdırma dilləri barədə güclü məlumat;
- MS Office Excel, R (desired), Python (desired), Basic Java (desired);
- ETL alətlərindən birinə sahib olmaq: Oracle Data Integrator (ODI), Oracle Warehouse Builder (OWB), Informatica Power Center, Pentaho, Apache Nifi, Apache Airflow, DBT Tool ya digər;
- OLAP və OLTP sistemlərinin prinsiplərini anlamaq;
- Performans qiymətləndirmə və SQL optimallaşdırma təcrübəsi;
- Məlumat anbarlarının tətbiqi təcrübəsi;
- Oracle BI,Tableau ya digər vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləməyi bacarmalı;
- Komandada işləmək bacarığı və stressə davamlılıq;
- Məsuliyyət, dəqiqlik, opertativlik və problemi həll etmə bacarığı;
- Məlumat ekosistemləri üzrə praktiki təcrübə – məlumatın qəbul edilməsi (ingestion), məlumat modelləşdirilməsi və istehlakçılara və downstream sistemlərə təqdim edilməsi;
- Ən azı iki müvafiq proqramlaşdırma dilində (məsələn, SQL, Python, Java, Scala) əla kodlaşdırma bacarığı, həmçinin Cost Based Optimization (Xərc Əsaslı Optimallaşdırma) üsulları üzrə mükəmməl biliklər;
- Məlumat pipeline orkestrasiyası üzrə yaxşı biliklər (məsələn, Apache Airflow, Ni-Fi);
- DataOps və MLOps konsepsiyalarını anlamaq;
- Peşəkar inkişaf mühitində çevik metodologiyalar (Agile) ilə təcrübə (CI/CD);
- RESTful və SOAP API-lərlə iş təcrübəsi;
- Messaging Queue texnologiyaları üzrə praktiki biliklər, məsələn Apache Kafka, RabbitMQ;
- NoSQL texnologiyaları üzrə praktiki biliklər, məsələn Redis, Elasticsearch, Neo4j;
- Müstəqil işləmək və nəticə yönümlü yanaşma bacarığı;
- Big Data texnologiyaları və paylanmış hesablama üzrə biliklər;
- Problem həll etmə və analitik bacarıqları;
- Effektiv ünsiyyət və əməkdaşlıq bacarıqları.