STP Global Cable

Aparıcı energetika mühəndisi

STP Global Cable
Ə/h razılaşma ilə
3818
Tam iş günü
Bakı, Azərbaycan
04.09.2025 05:42 - 04.10.2025 12:00

İş haqqında məlumat

  • Müəssisənin enerji təminatının (elektrik, qaz, su və s.) fasiləsiz və səmərəli şəkildə təmin olunmasına nəzarət etmək;
  • Enerji resurslarının rasionallaşdırılmış istifadəsini təmin etmək və enerji səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq;
  • Elektrik avadanlıqlarının, transformatorların, kompressorların, paylayıcı qurğuların və digər enerji infrastrukturunun texniki vəziyyətinə nəzarət etmək;
  • Quraşdırılmış enerji sistemlərinin düzgün istismarını təmin etmək və texniki qaydalara uyğunluğunu yoxlamaq;
  • Energetika sahəsində qüvvədə olan normativ-hüquqi aktlara, dövlət standartlarına, texniki şərtlərə və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Enerji təhlükəsizliyi və iş mühitinin təhlükəsizliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;
  • Tabeliyindəki əməkdaşların fəaliyyətini təşkil və koordinasiya etmək, onlara texniki rəhbərlik göstərmək;
  • Təmir işlərinin düzgün təşkili və vaxtında həyata keçirilməsini təmin etmək;
  • İstehsal avadanlıqlarında aşkarlanmış nasazlıqlar, qəza hallarına dair analizlər və qarşısının alınması tədbirlərini əhatə edən hesabatların hazırlanması;
  • Qəza hallarında operativ müdaxilə və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsini təmin etmək;
  • Elektrik təhlükəsizliyi və əməyin mühafizəsi üzrə təlimatların tətbiqinə nəzarət etmək.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı energetika mühəndisi” yazaraq  [email protected] email ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur. 

Tələblər

  • Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.