Bakı,
Azərbaycan
12.06.2025 22:38
-
12.07.2025 12:00
İş haqqında məlumat
- Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Tabeçiliyində olduğu Maliyyə Direktoruna gündəlik hesabatların verilməsi;
- AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
- İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00;
Nahar: 13:00-14:00; - İstirahət günləri: şənbə, bazar;
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina
CV göndərilərkən məzmun yerində “aparıcı mühasib” qeyd olunması mütləqdir.
Tələblər
- Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
- İş təcrübəsi : Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan dili (ana dili); İngilis dili (B2); Rus dili arzuolunandır;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
- Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli.