Agro Dairy

Aşpaz-Padarçöl təsərrüfatı

Agro Dairy
Ə/h razılaşma ilə
1927
Tam iş günü
Bakı, Azərbaycan
11.07.2025 23:21 - 11.08.2025 12:00

İş haqqında məlumat

  • Bütün qidaların hazırlanması proseslərinin emal, saxlama və hazırlama üsullarına uyğun şəkildə həyata keçirilməsini təmin etmək;
  • Kütləvi istehlak üçün isti və soyuq qəlyanaltılar, müxtəlif növ şorbalar, əsas xörəklər, kulinar məmulatlar, içkilər, xəmirdən hazırlanan məmulatlar və s. yeməklərin və porsiyaların hazırlanmasını təmin etmək;
  • Təhlükəsiz və gigiyenik iş mühiti yaratmaq məqsədilə təmizlik və sanitariya qaydalarına riayət etmək;
  • Mətbəxdə daim təmizliyə və nizam-intizama riayət etmək;
  • Qida tullantılarının minimuma endirilməsi və məhsulların səmərəli istifadəsini təmin etmək;
  • Qəbul edilən məhsulları düzgün şəkildə yerləşdirmək və saxlamaq;
  • Ehtiyatda məhsul olub-olmamasına nəzarət etmək, çatışmazlıq olduqda sifarişlər vermək.

Tələblər

  • Peşə və ya kulinariya məktəbindən diplomun olması üstünlük sayılır;
  • Aşpaz kimi minimum 2–3 illik iş təcrübəsi;
  • Sanitariya və gigiyena qaydalarına riayət etmək bacarığı;
  • Müxtəlif yemək bişirmə texnika və üsulları üzrə əsas bilik və bacarıqlar.