Fortis Group

Avtomatika mühəndisi

Ə/h razılaşma ilə
4012
Tam iş günü
Bakı, Azərbaycan
10.04.25 - 10.05.25

İş haqqında məlumat

  • Müəssisənin  ümumi avtomatika sisteminin işlədilməsini təmin etmək;
  • Müəssisədə mövcud olan bütün avtomatik idarəetmə sistemlərinin , proqramla idarə olunan dəzgahların iş rejiminə nəzarət etmək;
  • İş rejimi zamanı baş verə biləcək problem və nasazlıqların aradan qaldırılmasını həyata keçirmək;
  • Avtomatlaşdırma vasitələrinin quraşdırılmasına , sınaqlarına,  sazlanmasına və istismarına nəzarət etmək;
  • İstehsal sahəsində quraşdırılmış Nəzarət və Ölçü cihazları ilə müstəqil işləməyi bacarmaq;
  • Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə salınmasını təmin etmək və bu kimi işləri həyata keçirmək;
  • Prosses xətalarını analiz etmək və həmin zaman ərzində prossesi müşahidə etmək;
  • Sistemdə baş verən xəta və qəza mesajlarını təhlil etmək və həlli yönündə qərar vermək;
  • PLC,DCS,SCADA sistemlərinə təmas etmək və onların alqoritmik quruluşunu təhlil etmək;
  • Kritik səviyyə istisna olmaqla, bəsit və orta səviyyəli proqram təminatına müdaxilə etməyi bacarmaq;
  • İstehsalatın davamiyyətini təmin etmək və alternativ variantlar təklif etmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Nahar ilə təmin edilir;
  • Korporativ nömrə ilə təmin edilir;
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).

Tələblər

  • Yaş həddi 25-50; 
  • Texniki sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi (minimum 2 il);
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı.

Oxşar vakansiyalar