AAC MMC

Avtomatika, qazanxana və nasosxana üzrə mütəxəssis

AAC MMC
Ə/h razılaşma ilə
8428
Növbəli iş
Bakı, Azərbaycan
19.09.2025 05:36 - 19.10.2025 12:00

İş haqqında məlumat

  • İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossesi 47-ci km;
  • Əmək haqqı təcrübəyə əsasən;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş rejimi – növbəli;
  • Mürəkkəb elektron sxemli avtomatika  bloklarının yoxlanılmasını və tənzimlənməsini işlərinin icra olunması;
  • Ölçmə və tənzimləmə,  siqnallama və mühafizə sistemlərinə gündəlik texniki xidmətin işlərinin yerinə yetirilməsi;
  • Avtomatika və elektronika sistemi ilә bağlı olan  nasazlıqların aradan qaldırılması görülən işlərlə bağlı sənədləşmə işlərinin aparılmasını təmin edir;
  • Avtomatika ilә bağlı baş vermiş xәtaları tәsbit edir , xәtalarının sәbәblәrini araşdırır, tәdbirlәr hәyata keçirir;
  • Komputerləşdirilmiş texniki istismar sisteminə nəzarət edilməsi işini icra edir;
  • Gündəlik göstərişləri, tapşırıqları, növbə rəisinin raportu jurnalında göstərilmiş nöqsanları aradan qaldırılmasını təmin edir;
  • Görülәn işlәr vә sәrf olunan materiallar haqqında bir başa rəhbərinə hesabatları  təqdim edir;
  • Texnoloji qurğunu istismara tam yararlı olan cihazlarla təmin edir;
  • Avadanlıqların aylıq planlı-xəbərdaredici təmir işinin aparılmasında iştirak edir ;
  • Avtomatika sisteminə aid  avadanlıqlarının illik ,aylıq ,günlük  carı və əsaslı təmir qrafikini  nəzərdə tutulan işləri  yerinə yetirir;
  • Qazanxana və su təmizləmə sisteminin təhlükəsiz istismarının təmin olunması və gündəlik nəzarətdə saxlanılmasını təmin edir;
  • İş prosesində əməyin mühafizəsi və təhlükəszizlik texnikası qaydalarının tələblərinə əməl edir;
  • İş yerlərinin təmiz saxlanılması ,alət və avadanlıqlardan  düzgün istifadə olunmasına riayət etmək.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməlidirlər.

Tələblər

  • Təhsil: Ali bakalavr (texniki sahə üzrə);
  • 25-45 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;
  • Aidiyyatı sahədə 2 ildən artıq iş təcrübəsi
  • Kompyuter bilikləri;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Analitik düşünmə qabiliyyəti.