Bakı,
Azərbaycan
23.04.25
-
23.05.25
İş haqqında məlumat
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, avtomatlaşdırma və kontrol sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
- Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərinin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Təhkim olunduğu layihə müdirinin komandasında fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəflərlə sıx əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək;
- Layihələndirmə müddətlərinin avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək.
Tələblər
- Ali Təhsil :Avtomatlaşdırma mühəndisliyi üzrə ali təhsil;
- İş təcrübəsi :Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə, azı 5 il (tikinti və ofis) iş təcrübəsi; Sınaq və sazlama (testing & commissioning) işləri üzrə azı 2 il iş təcrübəsi;
- BMS, SCADA, yanğın siqnalizasiya, avtomatlaşdırılmış qəza və səsli təxliyə, karbon monoksid siqnalizasiyası, audio-vizual sistemlər, multimedia sistemləri, interkom, işıqlandırma avtomatlaşdırılması, avtomatlaşdırılmış yanğın söndürmə sistemləri, kartlı keçid və turniket sistemləri, kamera və müşahidə sistemləri, xüsusi alarm
- sistemləri və digər avtomatlaşdırma və kontrol sistemləri haqqında nəzəri və praktiki biliklər;
- Mexanik, elektrik və İT sistemləri ilə bağlı fundamental texniki biliklər;
- Avtomatlaşdırma şəbəkə bilikləri və xəbərləşmə protokolları;
- Texniki problemlərin praktiki və ya nəzəri həll edilməsi;
- Layihələrin təhvil-təslim prosesinin idarəedilməsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, AZ YTS, EN, IEC, BS, NFPA, ISA, ANSI/TIA, ASHRAE, IEEE;
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
- Kompüter bilikləri: MS Office, AutoCAD.