Radius MMC

Avtomobil qəbulçusu (bəy)

Radius MMC
600 - 700 ₼
825
Növbəli iş
Bakı, Azərbaycan
22/05/2026 - 05/06/2026

İş haqqında məlumat

  • Xidmət ustalarının vəzifə borclarını bilib və ustaların gördükləri işin gedişatını və yerinə yetirilmə müddətini kontrol etmək
  • Ustaların iş cədvəllərinə riayət edilməsinə nəzarətin təşkil etmək
  • Müştərilərə məxsus avtonəqliyyat vasitələrini servis zonasına və servis zonasından sürmək
  • İş zamanı meydana çıxan nasazlıqlar barədə satış şöbəsini və müştəriləri məlumatlandırmaq
  • İşçilərin öhdəliyinə qoyulan vəzifələrin yerinə yetirilməsi zamanı lazım olan maddi-texniki, məlumat resursları ilə təmin edilməsini yoxlayıb, fasilələrin, qəzaların, işin müvəqqəti durmasının qarşısını almaq üçün tədbirlər qəbul etmək
  • İstifadə olunan sərfiyyat materiallarının xərcinə nəzarət edib və onların uçotun aparmaq
  • İş kartlarını doldurmaq
  • Avadanlığın istismar effektinin artırılması, əməyin səmərəliliyini yüksəlməsi üzrə təqdimatların hazırlanmasında, maddi və əmək resusrlarının qənaət rejiminə riayət etmək
  • İş yerinin iş zamanı səliqəli saxlanılmasını təmin etmək
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikasının normalarına, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə təhlükəsizliyi tələblərinə, həmçinin daxili inzibati qaydalara və kommersiya sirrinin saxlanılması rejiminə riayət etmək

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • İş vaxtı: 09:00-dan 18:00-kimi və 12:00-dan 21:00-kimi (növbəli)
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
  • Nahar şirkət tərəfindən qarşılanı

Əmək haqqı:

  • Başlanğıc aylıq məvacib 600-700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Tələblər

  • Təhsil : Orta təhsil
  • İş təcrübəsi : Müştəri ilə əlaqəli vəzifələr üzrə 3 il iş təcrübəsi
  • Yaş həddi: 20-35 yaş
  • Cins: Bəy namizdələr
  • Dil bilikləri: Azərbaycan dili səlis (İngilis və rus dillərini bilənlərə üstünlük veriləcək)
  • BC kateqoriyalı sürücülük vəsiqəsi və min 3 il avtomobil idarə etmə təcrübəsi (mexaniki və avtomat SQ)
  • Yaşayış qeydiyyatı: Bakı şəhəri
  • Şəxsi keyfiyyətlər: ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
  • Komandada işləmək bacarığına malik olan

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.