Group Motors

B2B Satış üzrə Menecer

Group Motors
Ə/h razılaşma ilə
1020
Tam iş günü
Bakı, Azərbaycan
23.07.2025 02:05 - 23.08.2025 12:00

İş haqqında məlumat

  • Korporativ satış strategiyasının formalaşdırılması və həyata keçirilməsi;
  • Mövcud korporativ müştəri portfelinin idarə olunması və yeni müştərilərin cəlb edilməsi;
  • Korporativ sifarişlərin idarə olunması, kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
  • Tender prosesləri üzrə müqavilə şərtlərinin razılaşdırılması, layihə icra planının hazırlanması və icraya başlayanadək bütün zəruri sənədləşmənin tamamlanması;
  • Müştəri ehtiyaclarının təhlili və uyğun avtomobil modellərinin təklif edilməsi;
  • Müqavilə şərtlərinin razılaşdırılması və korporativ satış prosesinin tam koordinasiyası;
  • Korporativ satış planının yerinə yetirilməsi və satış göstəricilərinin monitorinqi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi;
  • Bazar araşdırması və rəqiblərin fəaliyyətinin analizi əsasında satış imkanlarının müəyyənləşdirilməsi;
  • Korporativ satış ilə bağlı hesabatların, analizlərin və proqnozların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Korporativ satış sahəsində sərgilər, təqdimatlar və PR tədbirlərində iştirakın təşkili və təmsilçilik;
  • Leasing, sığorta, F&I məhsulları və digər əlavə xidmətlərin satışına dəstək göstərilməsi;
  • İş saatları: 09:00 – 18:00;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
  • Maraqlanan namizədlərdən CV-lərini “B2B Satış üzrə Menecer” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan və Rus dillərini sərbəst bilməli, İngilis dili bilikləri arzuolunandır;
  • Avtomobil və ya korporativ satış sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Satış texnikaları, müqavilə hüququ və kommersiya danışıqları üzrə biliklər;
  • Avtomobil bazarı və texniki göstəricilər barədə ümumi anlayış;
  • Güclü analitik düşüncə və satış yönümlü yanaşma;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət, təqdimat və inandırma bacarıqları;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.


Oxşar vakansiyalar