Bakcell

B2C Product Management Expert

Bakcell
Ə/h razılaşma ilə
2612
Tam iş günü
Bakı, Azərbaycan
23.06.2025 22:54 - 23.07.2025 12:00

İş haqqında məlumat

  • Gəlir hədəfinə nail olmaq üçün kütləvi bazar seqmentinin idarə olunması, mövcud və yeni abunəçilər üçün müxtəlif təkliflərin hazırlamaq;
  • Kütləvi seqmentin iş axınına nəzarət etmək və hədəflərin yerinə yetirilməsinə cavabdeh olmaq;
  • Bakı və rayon müştəriləri üçün məhsul planına cavabdeh olmaq;
  • Ölkədaxili internet və danışıq əsaslı tarif portfeli idarə etmək;
  • Gəlirlərin artırılması və Churn-nün qarşısının alınması üçün kütləvi bazarın əsas tarif portfelinə, həmçinin köhnə tarif portfelinə cavabdeh olmaq (TM və Churn-a qarşı mübarizə qrupları vasitəsi ilə);
  • Digər şöbələr və üçüncü tərəflərlə səmərəli ünsiyyətin qurulması;
  • Kütləvi bazarda yeni məhsullara, xidmətlərə və kampaniyalara olan bazar ehtiyacını təhlil etmək və lazım olduqda, yeni imkanlar müəyyənləşdirmək üçün bazar araşdırmasını (tədqiqat qrupu vasitəsi ilə) planlaşdırmaq;
  • Marketinq məqsədlərinə çatmaq üçün yeni məhsullar və kampaniyalar hazırlamaq və həyata keçirmək, Biznes işinin hazırlanması və satışdan sonrakı təhlilə qədər bütün  məhsulun bazara daxil olma müddətini izləmək;
  • Kütləvi bazarla əlaqəli rəqib marketinq fəaliyyətini izləmək və təhlil etmək;
  • Layihə planlarının müvafiq standartlara uyğun hazırlanması və təqdimatı;
  • Expert olaraq komandanın digər üzvləri ilə təcrübələrin bölüşülməsi və layihələr üzrə lazımi dəstəyin verilməsi;
  • Kütləvi bazarın məhsullarına aid bütün sorğu, problem, və tələblərin araşdırılması və həlli.

Tələblər

  • Biznesin idarə olunması və ya İqtisadiyyat, və ya oxşar sahələrdə bakalavr dərəcəsi;
  • Məhsulların İdarə Olunması və ya Məhsul Marketingi, və ya Bizness Analitikası sahələrində təcrübə;
  • Microsoft Office proqramlarında, Excel və Powerpoint bilirləri;
  • BI (biznes zəkası) alətlərlə işləmək üstünlükdür;
  • İngilis dili – yaxşı, azərbaycan dili - inkişaf etmiş, rus dili üstünlükdür;
  • Yaradıcı və strateji düşünmə;
  • Strukturlu və metodoloji düşünmə qabiliyyəti;
  • Komanda işi və Əməkdaşlıq;
  • Proyektlərin İdarə Olunması.


Oxşar vakansiyalar