Yalama Agropark MMC

Baş baytar həkim

Yalama Agropark MMC
Ə/h razılaşma ilə
926
Tam iş günü
Ağsu, Azərbaycan
02.06.2025 22:36 - 02.07.2025 12:00

İş haqqında məlumat

  • Bütün heyvan qrupları üzrə heyvanların sağlamlığına cavabdehlik daşımaq;
  • İllik epzootik tədbirlər planının hazırlanması və planın yerinə yetirilməsini təmin etmək;
  • Baytarlıq bölməsində dərman vasitələrini həcmini və tərkibini müəyyən etmək, alınması üçün öncədən sifarişləri etmək;
  • Vaksinasiya proqramlarının icra olunmasına nəzarət etmək;
  • Heyvandarlıq şöbəsində müalicə, müayinə, profilaktik proqramları işləyib hazırlamaq və həmin proqram əsasında tədbirləri həyata keçirmək;
  • Dırnaq baxımı, dırnaq vannaları proqramlarının hazırlanması və icrasının təmin etmək;
  • Ölüm hallarının dəqiq araşdırılması üçün patoloji materialları laboratoriya yoxlanışına göndərmək;
  • Bölmədə gündəlik baş verən düyə doğuşlarını, ölümləri, bala atmaları, düyə satışları və digər çıxdaşları aktlaşdırıb Maliyyə bölməsinə təqdim etmək, 1C proqramına məlumatları daxil etmək;
  • Heyvan ölümlərinin səbəbini müəyyənləşdirmək, lazım gəldikdə patoloji yarmalar aparmaq və nəticələr barədə rəhbərliyə hesabat vermək;
  • İllik sürü dövriyyəsi və vaksinasiya proqramlarının yerinə yetirilməsinə dair sənədlərin işlənib dövlət qurumlarına təqdim edilməsini təmin etmək.

Tələblər

  • Ali təhsil (Baytarlıq ixtisası üzrə);
  • Baytarlıq sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis);
  • Microsoft Office və 1C proqramları üzrə biliklərin olması;
  • Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.


Oxşar vakansiyalar