STP Global Cable

Baş mexanik

STP Global Cable
Ə/h razılaşma ilə
2339
Tam iş günü
Sumqayıt, Azərbaycan
08.07.2025 16:57 - 08.08.2025 12:00

İş haqqında məlumat

  • Kabel istehsalı prosesində istifadə olunan mexaniki avadanlıqların (ekstruziya aparatları, tel çəkən maşınlar, bobin maşınları, kəsici qurğular və s.) vaxtında və keyfiyyətli təmir və texniki xidmətini təmin etmək;
  • Kabel istehsal xəttlərinin fasiləsiz işləməsi üçün profilaktik baxış və preventiv təmir işlərini planlaşdırmaq və həyata keçirmək;
  • Mexanik işçi heyətinin iş qrafikini hazırlamaq, işlərin düzgün və təhlükəsiz şəkildə aparılmasına nəzarət etmək;
  • Avadanlıqlarda yaranan nasazlıqları operativ şəkildə diaqnoz etmək, səbəblərini müəyyənləşdirmək və təmir prosesini təşkil etmək;
  • İstehsal prosesinə uyğun olaraq, mexaniki avadanlıqların texniki parametrlərinin saxlanmasını təmin etmək;
  • Ehtiyat hissələrinin düzgün və vaxtında təmin olunması üçün əlaqələri idarə etmək və ehtiyat hissələrinin inventarını izləmək;
  • Yeni avadanlıqların quraşdırılması və işə salınması zamanı texniki dəstək vermək;
  • İşçi heyətinə mexaniki avadanlıqların düzgün istifadəsi, təhlükəsizlik qaydaları və qəza hallarında tədbirlər barədə təlim keçmək;
  • Zavodda iş təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına ciddi riayət olunmasını təmin etmək;
  • Mexanik sahə üzrə yaranan problemlər, görülən işlər və gələcək planlarla bağlı rəhbərliyə hesabat təqdim etmək;
  • İstehsalın optimallaşdırılması və avadanlıqların səmərəliyinin artırılması üçün təkliflər hazırlamaq və həyata keçirmək;
  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Tələblər

  • Müvafiq sahədə 7-10 il iş təcrübəsi;
  • Ali təhsil;
  • AutoCad proqramında sərbəst işləmək bacarığı;
  • Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.


Oxşar vakansiyalar