Azərşəkər LLC

Baş Mexanik

Azərşəkər LLC
Ə/h razılaşma ilə
901
Tam iş günü
Ağcabədi, Azərbaycan
23.07.2025 11:00 - 23.08.2025 12:00

İş haqqında məlumat

  • Müəssisənin və sahənin mexaniki avadanlıqlarının fasiləsiz və səmərəli işləməsini təmin etmək;
  • Mexaniki avadanlıqların quraşdırılması, sazlanması, təmiri və texniki baxışını təşkil etmək;
  • Nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması üzrə tədbirlər görmək;
  • Avadanlıqların təhlükəsiz və düzgün istismarı qaydalarına nəzarət etmək;
  • İstehsalat prosesində istifadə olunan mexaniki qurğuların işə yararlılığını təmin etmək;
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək və heyətin bu qaydalara əməl etməsinə nəzarət etmək;
  • Ehtiyat hissələrinin uçotunu və təminatını təşkil etmək;
  • Plana uyğun olaraq texniki profilaktik və cari təmir işlərini yerinə yetirmək;
  • Struktur: Ağcabədi təsərrüfatı;
  • Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri;
  • İş yeri: Ağcabədi rayonu;
  • İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00);

Tələblər

  • Müvafiq sahə üzrə ali və ya Peşə ixtisas təhsili;
  • Mexanika və texniki istismar sahəsində minimum 3 il iş təcrübəsi;
  • Komandada işləmək və rəhbərlik etmək bacarığı;
  • Problemləri operativ həll etmə bacarığı və təşəbbüskarlıq;
  • Məsuliyyətli və dəqiq olmaq.