Baku City Residence

Baş mexanika mühəndisi

Ə/h razılaşma ilə
952
Tam iş günü
Bakı, Azərbaycan
22.04.25 - 22.05.25

İş haqqında məlumat

  • Sahələrdə gedən mexaniki işlərə nəzarət;
  • Mexaniki layihələrin işlənilməsi, planlama və hesabatların hazırlanması;
  • Mexaniki avadınların texniki spesifikasiyaya uyğun olaraq seçilməsi və hazırlanması;
  • Mexanika sahəsi üzrə smeta üçün məlumatların hazırlanması;
  • Mexaniklər komandasına idarə olunması;
  • Sahələrdə görülən mexaniki işlər zamanı yaranmış çətinliklərin həlli ilə bağlı təkliflərin hazırlanması;
  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, mexanik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmədə mexanik sistemlərin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələndirmədə mexanik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
  • İstehsalatın mexanik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək; 
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmədə mexanika üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək; 
  • Layihələndirmə müddətlərinin mexanik hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq. 
  • İş qrafiki: Bazar ertəsi-Cümə;
  • Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə.

Tələblər

  • Azərbaycan və ingilis dillərini bilməli (rus dili arzuolunandır);
  • Mexanika sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi;
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, ASHRAE, SMACNA, NFPA;
  • Kompüter bilikləri: MS Office, AutoCAD;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq. 
  • İnşaat norma və qaydalarını bilməlidir;
  • İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları.

Oxşar vakansiyalar