Bakı,
Azərbaycan
26.07.2025 11:00
-
26.08.2025 12:00
İş haqqında məlumat
- Müxtəlif mexaniki sistemlərin və avadanlıqların layihələndirilməsi, inkişafı və təkmilləşdirilməsi;
- Texniki sənədlərin, çertyojların və spesifikasiyaların hazırlanması və yoxlanılması;
- Mövcud sistemlərin analizi və optimallaşdırılması məqsədilə texniki auditlərin aparılması;
- İstehsalat və ya texniki proseslərin etibarlı və səmərəli işləməsininin təmin edilməsi;
- Layihə komandaları ilə əməkdaşlıq və texniki rəhbərlik;
- Avadanlıq və material seçimlərinə texniki əsaslandırma və tövsiyələrin verilməsi;
- Layihələrin texniki və təhlükəsizlik standartlarına uyğunluğunu təmin edilməsi;
- Texniki hesabatların, planların və analizlərin hazırlanması;
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhər (Ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq);
Tələblər
- Mexanika mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
- Müvafiq sahədə minimum 10 il iş təcrübəsi (istehsalat, maşınqayırma, energetika və s. sahələrdə təcrübə arzuolunandır);
- Texniki çertyojlar və layihələndirmə üzrə mükəmməl bilik;
- AutoCAD, SolidWorks, Ansys, CATIA və digər müvafiq proqram təminatlarında sərbəst işləmək bacarığı;
- Beynəlxalq və yerli standartlar (ISO, ASME və s.) üzrə biliklər;
- Komanda ilə işləmək və rəhbərlik etmə bacarığı;
- Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür).