Libraff

Baş Mühasib

Libraff
Ə/h razılaşma ilə
735
Tam iş günü
Bakı, Azərbaycan
22.05.25 - 22.06.25

İş haqqında məlumat

  • Şirkətin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsi;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və vaxtında əks olunmasına nəzarət;
  • 1C mühasibat proqramında tam işləmə və ehtiyac olduqda texniki tapşırıqların verilməsi;
  • ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanaraq elektron sistemlərlə təqdim olunması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlərə əsasən düzgün vergi və mühasibat yazılışlarının aparılması və onların qanunvericilikdə müəyyən olunmuş müddət ərzində müvafiq orqanlara təqdim olunmasının təmin edilməsi;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Daxili sistemdə köçürmələrin idarə edilməsi, gündəlik qalıq hesabatlarının hazırlanması;
  • İşçilərin müvafiq suallarının cavablandırılması və məlumatların məxfiliyinin qorunması;
  • Rəhbərlik tərəfindən verilən digər vəzifə öhdəliklərinin icrası;
  • İş vaxtı 09:00 – 18:00;
  • İş günü 5/2;
  • İş yeri: “Badamdar Estates and Residences” (keçmiş Pullman\Kempinski Hotel).

Tələblər

  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
  • Satış və ya retail sahəsində minimum 3 il iş təcrübəsi;
  • 1C 8.3 proqramında yüksək səviyyədə təcrübə (qurulmasında iştirak üstünlükdür);
  • IFRS üzrə biliklər və bu standartlara uyğun işləmək bacarığı;
  • Mənfəət vergisi və digər vergi bəyannamələrinin hazırlanmasında təcrübə;
  • Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyini dərindən bilməli;
  • MS Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Rus dili bilikləri üstünlükdür;
  • Detallara diqqətli və dəqiq işləmə bacarığı;
  • Məsuliyyətli və işinə ciddi yanaşma;
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş Peşəkar Mühasib Sertifikatı (PMS);
  • ACCA və digər beynəlxalq mühasibatlıq sertifikatları.


Oxşar vakansiyalar