Bakı,
Azərbaycan
07.07.2025 23:56
-
07.08.2025 12:00
İş haqqında məlumat
- Vergi, maliyyə və idarəetmə uçotunun dəqiq və tam şəkildə təşkili və aparılması
- Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, DSMF, işsizlik sığortası və s.) hazırlanması və təqdim edilməsi;
- Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Dövlət orqanlarına (Vergi, Statistika, DSMF, Məşğulluq və s.) hesabatların vaxtında və düzgün təqdim olunması;
- Əməkhaqqı, ezamiyyə, avans və digər əməliyyatların uçotunun düzgün aparılması;
- Vergi yoxlamaları, daxili və xarici auditlərə tam hazır vəziyyətin təmin olunması
- Maliyyə risklərinin idarə olunması və potensial vergi sanksiyalarının önlənməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi;
- Komandaya rəhbərlik və biliklərin paylaşılması, iş bölgüsünün təşkili;
- FMCG sektoruna uyğun olan sürətli əməliyyat dövriyyələrinin yüksək dəqiqliklə uçotu və optimallaşdırılması
- Nahar şirkət tərəfindən təmin olunur
- 5 günlük iş rejimi; saat 09:00/18:00
- Rəqabətqabiliyyətli əmək haqqı
- Korporativ telefon nömrəsi və danışıq paketi
- Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)
Tələblər
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil
- Minimum 3 il FMCG və ya sürətli istehlak malları sahəsində Baş Mühasib və ya Müvafiq səviyyədə rəhbər mühasibat vəzifəsində təcrübə
- PMS sertifikatı
- Azərbaycan Respublikasının Vergi və Əmək Məcəlləsi üzrə dərin biliklər
- Micro, Logix, 1C, BTP (Vergi portalı), DSMF və Statistika portalları ilə işləmə bacarığı
- Excel və digər MS Office proqramlarında yüksək səviyyədə bilik
- Hesabatlılıq və detala diqqət bacarığı, yüksək analitik düşüncə
- Məsuliyyətlilik, dürüstlük və məxfiliyə ciddi riayət
- Komanda işi və liderlik bacarıqları