Quba Palace Hotel

Baş xəzinədar

Ə/h razılaşma ilə
1830
Tam iş günü
Quba, Azərbaycan
17.04.25 - 17.05.25

İş haqqında məlumat

  • Müştərilər tərəfindən günlük ödənilən pul vəsaitlərinin satış nöqtələri tərəfindən tələb olunan qaydada  qəbul edilməsinə nəzarət etmək;
  • Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması, kassa aparatlarından düzgün istifadə olunmasına nəzarət etmək və günlük kassa hesabatının hazırlanaraq rəhbərliyə təqdim olunması;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
  • Otelin gəlir auditi ilə bağlı hesabatlarını yoxlamaq, təsdiqləmək və bütün sənədlərin qaydasında olmasını təmin etmək;
  • Otaqlar, qida və iaşə, çamaşırxana eləcə də digər gəlirlərin gündəlik üzləşməsini aparmaq, gecə audit balansını müvafiq satış sistemi ilə müqayisə etmək və müxtəlif proqram təminatlarında (Fidelio, RKeeper) düzgün əks olunmasını yoxlamaq, təsdiqləmək və lazım gələrsə düzəlişlər etmək;
  • Qonaqlar və işçi heyəti ilə bağlı güzəştləri, ödəmələri, fərqli tip xərcləmələri izləmək, sənədləşmələrin qaydasında olduğunu yoxlamaq. Gündəlik olaraq tələb olunan hesabatlar hazırlamaqla rəhbərliyə təqdim etmək;
  • Qonaqlarla bağlı fərqli xərclərin,xidmətlər üçün alınan qaimələrin gəlirlərə mütənasibliyini yoxlamaq, təhlilini aparmaq, xərclərin lazımi qaydada qarşılanmasından əmin olmaq;          
  • Gündəlik kassa əməliyyatlarının Mühasibat uçotunda əks olunmasını təmin etmək;
  • Aylıq Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Nəqliyyat və yataqxana ilə təmin olunma;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə.

Tələblər

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
  • Maliyyə terminləri, standartları, prinsipləri və təcrübələri ilə bağlı biliklər;
  • Maliyyə qanunları və qaydaları.

Oxşar vakansiyalar