Laçın,
Azərbaycan
09.07.2025 10:47
-
09.08.2025 12:00
İş haqqında məlumat
- Heyvanların gündəlik tibbi baxışını təşkil etmək, xəstə heyvanların vaxtında aşkar və müalicə edilməsi;
- Müalicə proqramlarının tərtib edilməsi, profilaktiki və baytar – sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin etmək;
- Profilaktik tədbirlərin (vaksinasiya, dezinfeksiya və s.) həyata keçirilməsi, heyvanların mütəmadi vaksinləşdirilməsi;
- Doğumların nəzarətdə saxlanılması və yeni doğulmuş buzovların ilkin tibbi müayinəsi;
- Xəstəlik halları, müalicə üsulları, istifadə edilən dərmanlar üzrə hesabatların hazırlanması;
- Baytarlıq dərmanlarının və tibbi avadanlıqların qeydiyyatı, saxlanması və istifadə qaydalarının tənzimlənməsi;
- Xəstəliklərin qarşısının alınması üçün tədbirlərin görülməsi;
- Buzovların müayinə və müalicə işinin təşkil edilməsi;
- Təsərrüfat üçün lazım olan baytarlıq preparatları, dərmanlar və avadanlıqların sifarişlərinin tərtib edilməsi və s;
- İş yeri: Zəngilan, Laçın (yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin olunur);
- İş vaxtı: I - VI günlər (qanunvericiliyə uyğun 40 saatdan çox olmayaraq).
Tələblər
- Baytarlıq ixtisası üzrə ali təhsil;
- Sahə üzrə minimum 1-2 il iş təcrübəsi;
- MS Office proqramları ilə hesabatları hazırlayacaq səviyyədə işləmək bacarığı;
- Məsulliyyətli, intizamlı, komanda ilə işləmə bacarığı.