Norm ASC

Beton Laboratoriyası Laborantı

Norm
Ə/h razılaşma ilə
970
Tam iş günü
Bakı, Azərbaycan
08.09.2025 11:53 - 08.10.2025 12:00

İş haqqında məlumat

  • Müştəriyə gedəcək olan bütün nümunələri götürmək, hazırlamaq və Keyfiyyətə Nəzarət Planına uyğun analizləri yerinə yetirmək;
  • Hovuz otağının təmizliyini və xidmətini yerinə yetirmək; temperaturunu və rütubətini tələb olunan dəyərdə olmasını təmin etmək;
  • Rütubət dolabının təmizliyini, suyunun dəyişdirilməsini, temperaturunu və rütubətini tələb olunan dəyərdə olmasını təmin etmək;
  • Hər 30 gündə bir hovuz sularını dəyişdirmək, bunun qeydiyyatını aparmaq;
  • Bütün analizləri doğru ve etibarlı bir şəkildə  təlimatına uyğun yerinə yetirmək və nəticələrə nəzarət etmək;
  • Gələn nümunələri təlimatlarına uyğun olaraq hazırlamaq və təcrübələri yerinə yetirmək;
  • Lazımı və əksik vəsaitlərin, o cümlədən Beton laboratoriyasında istifadə olunacaq materialların miqdarını təqib etmək və bitməmişdən əvvəl xəbər vermək;  
  • Beton Laboratoriyası cihaz və ləvazimatlarının təlimatlara uyğun olaraq doğrulamasının icrası;
  • Texniki Dəstək Proseduruna əsasən analizlər üçün lazım olan hər cür məhlulu hazırlamaq;
  • Nümunələrin alınması vaxtı ortaya çıxan nöqsanlar haqqında məlumat təqdim etmək;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.

İş yeri: Balaxanıda yerləşən Beton zavodu.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • Orta, orta-texniki təhsil, natamam ali təhsilli və ya kimya təmayüllü lisey məzunları;
  • Beton laboratoriyası üzrə analiz növləri haqqında biliklər;
  • Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
  • Davamlı inkişaf;
  • Bütövlük.


Oxşar vakansiyalar