Bakı,
Azərbaycan
02.07.2025 16:08
-
02.08.2025 12:00
İş haqqında məlumat
- Şirkətin stratejik hədəflərinə uyğun olaraq xarici bazarların araşdırılması işində yaxından iştirak etmək;
- Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrini qorumaq və inkişaf etdirmək;
- Potensial partnyorlar və müştərilər tapmaq və ilkin əlaqələr yaratmaq;
- İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
- İxrac əməliyyatları, xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini son imzaya qədər təqib etmək;
- İxrac əməliyyatları üzrə müvafiq sənədləşmələri vaxtlı vaxtında təmin etmək;
- İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
- Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi koordinasiya etmək;
- İxrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyünü yoxlamaq;
- İxrac əməliyyatları üzrə ödənişlərin təqib edilməsi və ödənişlərin müvafiq bəyannamə üzrə bağlanılmasını maliyyə komandası ilə koordinasiya etmək;
- İxrac üzrə satış planını yerinə yetirmək;
- Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatlar tərtib etmək;
- Şirkəti yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil etmək;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar;
- İş yeri: Bakı şəhəri.
Tələblər
- Ali təhsil;
- Minimum 1 il iş təcrübəsi (Topdan satış və qida məhsullarının ixracı üzrə);
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları və inandırıcılıq, komanda ilə işləmə bacarığı, analitik düşünmə, təşəbbüskarlıq və yeniliklərə açıq olmaq;
- Azərbaycan dili, Rus dili, İngilis dili, əlavə xarici dil bilikləri üstünlükdür;
- Vergi Məcəlləsi və Gömrük Məcəlləsi üzrə biliklər, ixrac əməliyyatları, Incoterms üzrə biliklər və MS Office proqramlarında sərbəst işləmək bacarığı.