Aznet Technologies QSC

Biznes analitik

Aznet Technologies QSC
2000 - 2500 ₼
6488
Tam iş günü
Bakı, Azərbaycan
23.05.25 - 23.06.25

İş haqqında məlumat

  • Biznes tələblərinin toplanması və cari proseslərin təhlili, optimallaşdırılması;
  • Telekommunikasiya sektoruna xas olan OSS/BSS sistemləri, CRM, billing platformaları və digər texniki sistemlər üzrə tələblərin müəyyən edilməsi və sənədləşdirilməsi;
  • Texniki tapşırıqların və spesifikasiyaların hazırlanması;
  • İstifadəçi qəbul testlərinin (UAT) planlanması və icrası;
  • Abunəçi davranışı, xidmət istifadəsi və müştəri təcrübəsinə dair dataların təhlili və trendlərin müəyyən edilməsi;
  • Məhsul sahibləri, inkişaf komandası və texniki heyətlə sıx əməkdaşlıq;
  • Layihələr üzrə biznes tələblərin analizi və sənədləşdirilməsi;
  • Proses, dizayn və data modellərinin hazırlanması;
  • Dəyişikliklərin izlənməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi;
  • Proses diaqramlarının (flowchart) tərtibi və optimallaşdırılması;
  • Texniki tapşırıq, analiz sənədi, Use Case və User Story-lərin hazırlanması;
  • GAP analizi aparılması;
  • Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq optimal analitik həllərin təklif olunması;
  • Müştəriyə dəyər yaradan “Order-to-Cash”, “Fault-to-Resolution” kimi əsas proseslərin optimallaşdırılması;
  • Sistem dizaynı və tələblərin müəyyən edilməsi, dizayn mərhələlərində iştirak;
  • İş qrafiki: Həftəiçi 09:00 – 18:00;
  • İstirahət: Şənbə və bazar günləri;
  • Rəsmi əmək müqaviləsi – AR Əmək Məcəlləsinə uyğun olaraq;
  • İş yeri: Çinar Park Biznes Mərkəzi, 4-cü bina;
  • CV göndərərkən E-mail mövzu hissəsində “Biznes analitik” qeyd olunması mütləqdir.

Tələblər

  • Ali təhsil (Biznesin idarə edilməsi, İT, kompüter elmləri və ya əlaqəli sahələr);
  • Microsoft Visio, Jira, Confluence, Draw.io, Figma kimi alətlərlə işləmə bacarığı;
  • Agile və ya Waterfall layihə idarəetmə metodologiyaları üzrə biliklər;
  • Minimum 2 il iş təcrübəsi, bunun azı 1 ili İT və ya telekommunikasiya layihələri sahəsində;
  • Azərbaycan dili – əla, İngilis və Rus dilləri – yaxşı səviyyədə;
  • BA və ya IT üzrə beynəlxalq sertifikatlar üstünlükdür;
  • Yüksək analitik və məntiqi düşüncə qabiliyyəti;
  • ISP sahəsində ARPU, churn, NPS, SLA göstəriciləri kimi əsas biznes göstəriciləri üzrə anlayış;
  • Şəbəkə komponentləri (GPON, xDSL, router, switch və s.) barədə baza biliklərinin olması üstünlükdür;
  • Vaxtın idarə olunması, təşkiletmə və təqdimat bacarıqları;
  • Detallara qarşı diqqətlilik və komanda ilə işləmək bacarığı.