Sirab ASC

Biznes Analitik

Sirab ASC
Ə/h razılaşma ilə
2236
Tam iş günü
Bakı, Azərbaycan
01.09.2025 03:32 - 01.10.2025 12:00

İş haqqında məlumat

  • Marketinq kampaniyalarının performansını (ROI, CTR, Conversion Rate, Customer Acquisition Cost və s.) təhlil etmək;
  • Satış, müştəri davranışı, bazar seqmentasiyası və trend analizi aparmaq;
  • Müştəri seqmentasiyası, churn analizi və “customer lifetime value” modellərini yaratmaq;
  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlanması.

İş vaxtının norması:

  • 5 günlük növbəli iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Razılaşma əsasında;
  • Yemək şirkət tərəfindən.

İş yeri:

  •  Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5). 

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Biznes Analitik” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Minimum təhsil dərəcəsi: Bakalavr (Marketinq, Biznesin İdarəedilməsi, İqtisadiyyat);
  • Təcrübə: minimum 2 il; 
  • Riyazi biliklər və analitik düşünmə bacarığı;
  • SQL bilikləri və məlumat bazaları ilə işləmə bacarığı;
  • Məlumatların vizuallaşdırılması üzrə təcrübə (Power BI, MS Excel).

Fərdi keyfiyyət göstəriciləri:

  • Dəqiqlik və detallara diqqətlilik;
  • Operativlik;
  • Nəticə yönümlü;
  • Komandada işləmək bacarığı.


Oxşar vakansiyalar