Bakı,
Azərbaycan
17.06.2025 09:41
-
17.07.2025 12:00
İş haqqında məlumat
- Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi;
- Müştərilərə şirkətin məhsulları haqqında məsləhətlərin verilməsi və təqdimatının aparılması;
- Müştərilərin ehtiyaclarına uyğun olaraq kommersiya təkliflərin hazırlanması;
- Potensial bazarları müəyyən etmək və satış strategiyasını təkmilləşdirmək üçün bazar araşdırmalarının aparılması;
- İşgüzar görüşlərin təşkili və aparılması;
- Rəhbərliyə görülmüş işlər üzrə hesabatların təqdim edilməsi;
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
- Mehriban və peşəkar kollektiv;
- Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
- Karyera inkişafı imkanları;
- Rəqabətli əmək haqqı və bonus sistemi;
- Peşəkar təlimlərdə iştirak.
- Şəhərin mərkəzində ofis şəraiti: Passage 1901, Nigar Rəfibəyli küç.12.
Tələblər
- Yaş: 20-30;
- Təhsil: Ali;
- İş təcrübəsi: 1-3 il;
- İT məhsulların satışında iş təcrübəsi (ən azı 1 il);
- Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
- Strateji düşüncə və müştərilərlə uzunmüddətli qarşılıqlı faydalı əlaqələr qurmaq bacarığı;
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə;
- Ali təhsil (menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan və rus dilləri – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır.