

Biznes tətbiqlərinin inkişafı üzrə böyük tərtibatçı
Azerbaijan SuperMarket
Ə/h razılaşma ilə
2860
Tam iş günü
Bakı,
Azərbaycan
29.08.2025 03:38
-
29.09.2025 12:00
İş haqqında məlumat
- Biznes tələblərini başa düşmək və onları effektiv BI həllərinə çevirmək üçün maraqlı tərəflər ilə əməkdaşlıq etmək;
- Məlumatları çoxsaylı mənbələrdən mərkəzləşdirilmiş məlumat anbarına inteqrasiya etmək üçün məlumat modellərini, məlumat axınlarını və ETL proseslərini işləyib hazırlamaq;
- Hərtərəfliliyi, məhsuldarlığı və məlumatların bütövlüyünü təmin etməklə, məlumat bazasının strukturlarını tətbiq etmək və optimallaşdırmaq;
- Məlumatları çıxartmaq, dəyişdirmək və yükləmək üçün səmərəli SQL sorğuları, saxlanılan prosedurlar və funksiyalar yaratmaq;
- QlikView (Nprinting), Power BI, Tableau kimi BI alətlərindən və ya digər müvafiq alətlərdən istifadə etməklə, interaktiv informasiya panelləri, hesabatlar və vizuallaşdırmalar işləyib hazırlamaq;
- Son istifadəçilərin məlumatlara daxil olması və onları təhlil etməsi üçün intuitiv və istifadəsi rahat interfeyslər layihələndirmək;
- Hesabatlarda və informasiya panellərində təqdim edilən məlumatların dəqiqliyini, davamlılığını və aktuallığını təmin etmək;
- Biznesin məhsuldarlığını izləmək məqsədilə, əsas icra göstəricilərini (ƏİG) müəyyənləşdirmək və məlumatlandırıcı hesabatlar hazırlamaq üçün maraqlı tərəflər ilə əməkdaşlıq etmək;
- İşgüzar qərarqəbuletməni idarə edən tendensiyaları, nümunələri və anlayışları müəyyənləşdirmək üçün məlumatların təhlilini icra etmək;
- Spesifik biznes sorğularını və ya layihələri dəstəkləmək üçün xüsusi təhlil və məlumatların intellektual təhlilini aparmaq;
- Biznes proseslərini və məhsuldarlığı yaxşılaşdırmaq üçün məlumat nəticələri əsasında praktik olaraq faydalı tövsiyələr təqdim etmək;
- Məlumatların dəqiqliyini, davamlılığını və mühafizəsini təmin etmək üçün məlumat idarəetmə metodlarını müəyyənləşdirmək və tətbiq etmək;
- Məlumatların keyfiyyəti ilə bağlı problemləri müəyyənləşdirmək və aradan qaldırmaq üçün məlumatların keyfiyyətinə nəzarət vasitələrini tətbiq etmək və məlumatların profillənməsini icra etmək;
- Məlumat standartlarını, siyasətlərini və prosedurlarını müəyyənləşdirmək və tətbiq etmək üçün məlumat sərəncamçıları və İT komandaları ilə əməkdaşlıq etmək;
- Mürəkkəb SQL sorğularını sazlamaq;
- Mürəkkəb PL/SQL sorğularını sazlamaq və icra müddətini azaltmaq;
- Trigger, Job kimi mövcud DB obyektlərini yaratmaq və dəstəkləmək;
- Python skriptlərindən istifadə edərək e-maillərdən məlumatları çıxarmaq, emal etmək və Data Warehouse-a yükləmək;
- Python vasitəsilə log fayllarındakı məlumatları parsinq və transformasiya edərək BI və ETL alətlərinə inteqrasiya etmək;
- Yığma komandalar, o cümlədən biznes-istifadəçilər, analitiklər və İT peşəkarları ilə əməkdaşlıq edərək, onların ehtiyaclarını anlamaq və effektiv BI həllərini həyata keçirmək;
- Gənc developerlərə və analitiklərə təlim keçmək və texniki göstəriş vermək;
- Biznes-analitika sahəsində yeni sənaye tendensiyaları və texnologiyalar ilə tanış olmaq;
- Dəqiq və əhəmiyyətli biznes-analitika həllərini təqdim etmək üçün biznes prosesləri və məlumat axınları barədə dərin anlayış hazırlamaq və qoruyub saxlamaq;
- Maraqlı tərəflər ilə birgə çalışaraq, onların tələblərini başa düşmək, anlayışlar təqdim etmək və onlara məlumatlar ilə idarə edilən qərarlar verməyə kömək etmək;
- Məlumatların böyük həcmlərini idarə edə bilən hərtərəfli, qorunub saxlanıla bilən və səmərəli ETL proseslərini yaratmaq;
- Biznes proseslərini və məlumat münasibətlərini dəqiq şəkildə təsvir edən məlumatlar modellərini işləyib hazırlamaq və qoruyub saxlamaq;
- Maraqlı tərəflərə dəqiq və vaxtında anlayışlar təqdim etmək üçün hesabatlar və informasiya panelləri layihələndirmək və işləyib hazırlamaq;
- Bütün BI həllərinin məhsuldarlıq, hərtərəflilik və etibarlılıq tələblərinə cavab vermək üçün layihələndirilməsini təmin etmək;
- BI həlləri ilə əlaqəli texniki problemləri, o cümlədən məlumatların keyfiyyətinə, məlumatların inteqrasiyasına və məhsuldarlığa dair problemləri müəyyənləşdirmək və aradan qaldırmaq;
- Bütün BI həllərinin məlumatların idarə edilməsi və mühafizəsi siyasətlərinə uyğun olmasını təmin etmək;
- Biznes-analitika həllərini təkmilləşdirmək və yeni texnologiyalar və ya yanaşmalar üzrə tövsiyələr vermək üçün imkanları müəyyənləşdirmək;
- Qabaqcıl praktikalara əməl etmələrini təmin etmək üçün gənc BI developerlərə texniki rəhbərlik etmək və təlim keçmək, habelə yüksək keyfiyyətli həllər işləyib hazırlamaq;
- Biznes-analitika həllərinin digər sistemlərə və platformalara inteqrasiya olunmasını təmin etmək üçün digər İT komandaları ilə əməkdaşlıq etmək;
- Həllərimizin innovativ və rəqabətədavamlı olmasını təmin etmək üçün biznes-analitika sahəsində yeni tendensiyalar və texnologiyalar ilə tanış olmaq.
Müraciət etmək üçün: [email protected]
Tələblər
- Kompüter Elmləri, Riyaziyyat, Məlumat Analitikası və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- BI (Biznes İntellekti) inkişafı sahəsində minimum 5 illik təcrübə;
- Mürəkkəb məlumat transformasiyaları və iş axınlarının hazırlanması və optimallaşdırılması üzrə təcrübə;
- Ölçülü modelləşdirmə və məlumatların vizuallaşdırılması üzrə ən yaxşı təcrübələrə dair bilik;
- Bulud əsaslı BI platformaları və texnologiyaları ilə tanışlıq (məsələn, Azure, AWS);
- Yüksək diqqət və dəqiqlik;
- Bir neçə prioriteti idarə etmək və qısa müddət ərzində tapşırıqları yerinə yetirmək bacarığı;
- Sürətli və dinamik mühitdə həm müstəqil, həm də komandada işləmək bacarığı;
- BI həllərinin hazırlanması və saxlanması sahəsində səriştə;
- İnteraktiv panel və hesabatların hazırlanmasında bacarıqlı;
- Məlumatların təhlili və praktik nəticələrin çıxarılması bacarığı;
- Məlumatların idarə olunması və təhlükəsizliyi prinsipləri haqqında anlayış;
- Maraqlı tərəflərlə əməkdaşlıq və tələblərin müəyyənləşdirilməsi üzrə təcrübə;
- Liderlik və mentorluq bacarıqları;
- Effektiv vaxt idarəçiliyi;
- Uyğunlaşma və təşəbbüskarlıq;
- Yüksək etik və dürüstlük standartları;
- Biznes tələblərini texniki həllərə çevirmək bacarığı ilə yanaşı, güclü analitik və problem həlletmə bacarıqları;
- Mükəmməl ünsiyyət, təqdimart və şəxslərarası bacarıqlar;
- Müstəqil şəkildə və sürətli, dinamik mühitdə birgə çalışmaq bacarığı.