SOCAR

Böyük mühəndis (Naxçıvan şəhəri)

SOCAR
Ə/h razılaşma ilə
774
Tam iş günü
Naxçıvan, Azərbaycan
22/05/2026 - 05/06/2026

İş haqqında məlumat

  • Qaz layihələrinin sxemlərini tərtib etmək;
  • Qaz infrastrukturu üzrə mühəndislik işlərinin layihələndirilməsini və koordinasiyasını həyata keçirmək; 
  • İllik və uzunmüddətli tikinti və əsaslı təmir proqramlarının hazırlanması ilə bağlı tələb olunan situasiya planlarını hazırlamaq; 
  • Layihə cədvəllərini hazırlamaq; 
  • Layihə cədvəllərinə uyğun olaraq işlərin icrasına nəzarət və hesabatları hazırlamaq; 
  • Layihə şirkətlərin layihə icra proseslərinə texniki nəzarət və uyğunluq yoxlanışlarını aparmaq; 
  • Layihələrin icrası zamanı texniki dəstəyi və konsultasiyanı təmin etmək; 
  • Layihələrin keyfiyyətinə nəzarət etmək və texniki ekspertizanı aparmaq; 
  • Layihə sənədlərini arxivləşmə və sənədləşmə qaydalarına uyğun saxlamaq; 
  • Qazlaşdırılan bütün təyinatlı binalarda, qəza hallarında təhlükəsizliyin təmin edilməsi məqsədilə qaz verilişini dayandıran qurğular və avtomatik sistemlər nəzərdə tutmaq: 
  • Goğrafi informasiya sistemlərinin (GİS) xəritəyə işlənməsi və rəqəmsal məlumat bazalarının formalaşdırılması və daimi yenilənmələri izləmək; 
  • Goğrafi informasiya sistemlərinin tətbiqi, coğrafi və mühəndis məlumatlarını rəqəmsal formada işləmək, analiz və vizuallaşdırmaq, elektron məlumat bazasını yaratmaq; 
  • RQİİ-nin xidməti ərazisində qaz şəbəkəsinin qurulması və ya əsaslı təmiri gedişatında yerlərdə monitorinq keçirməklə faktiki görülmüş işlərin GİS sisteminə əlavə etmək; 
  • Tikinti sahələrinin ilkin vəziyyətinin hesabatlılığını təmin etmək və aidiyyəti sənədləri tərtib etmək; 
  • RQİİ-nin xidməti ərazisində Birliyin sifarişi ilə aparılan tikinti və əsaslı təmir işlərini hesabatlılığını aparmaq; 
  • RQİİ-nin xidməti ərazisində Birliyin sifarişi ilə yeni tikilən və ya yenidən qurulan obyektlərin (qaz kəmərləri, QTM, bina və s.) tras və torpaq ayrılması ilə bağlı yerli qurumlarla razılaşdırılmaları aparmaq, RQİİ-nin səlahiyyətləri xaricində olduqda Birlik qarşısında vəsatət qaldırmaq; 
  • Vəzifə funksiyaları ilə bağlı olan məktub və ərizələrə baxmaq və cavablandırmaq; 
  • Öz ixtisasını və nəzəri biliklərini artırmaq, qabaqcıl iş metodlarından istifadə etmək; 
  • Üzvü olduğu komissiyanın işində iştirak etmək; 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni işdə rəhbər tutmaq. 

Tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə
  • 1 İl / Müvafiq sahə üzrə 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.