SOCAR

BPŞ aparıcı iqtisadçı

SOCAR
Ə/h razılaşma ilə
844
Tam iş günü
Bakı, Azərbaycan
22/05/2026 - 05/06/2026

İş haqqında məlumat

  • Şöbənin illik iş proqramının və perspektiv inkişaf planının tələb olunan vaxtda SOCAR-ın standartlaşma sisteminə uyğun olaraq tələb olunan vaxtda tərtib və təsdiq edilməsi üçün struktur bölmələrdən ilkin məlumatları toplayır, təhlil edir, ümumiləşdirir və şöbə rəisinə təqdim etməklə müvafiq prosesdə iştirakını təmin edir. 
  • Struktur bölmələrin iqtisadi və sosial inkişafının plan və faktiki göstəricilərinin dövri işlənməsini və təhlilini aparır; 
  • SAP sisteminin CO modulunda cari ay üzrə göstərilən xidmətlərin maya dəyərinin təhlilini həyata keçirir.; 
  • Şöbənin fəaliyyətini əks etdirən, illik iş proqramına əsasən aidiyyəti üzrə büdcə və faktiki məlumatların hazırlanmasını təmin edir; • Əsas maliyyə-iqtisadi göstəricilər üzrə proqnozların hazırlanmasında bilavasitə iştirak edir, müvafiq təhlillər aparır, 
  • Daxil olmuş sifarişlər əsasında göstərilən iş və xidmətlər üzrə müqavilələrin (SOCAR daxili və kənar təşkilatlar) hazırlanmasında iştirak edir; 
  • Müqavilələrin xidmət növlərir üzrə qruplaşdırılmasını təmin edir; 
  • Daxil olmuş sifarişlər əsasında müqavilələrə əlavə və dəyişikliklərin edilməsini - qiymət razılaşdırma protokollarının tərtib və təsdiq edilməsini təmin edir; 
  • Müqavilələrin icrası ilə əlaqədar aidiyyəti üzrə müvafiq struktur bölmələrin təqdim etdikləri məlumatlar əsasında aylıq aktların tərtib və təsdiq edilməsini təmin edir; 
  • Şöbənin, əsas texniki-iqtisadi göstəricilərin təhlilində,resurslardan səmərəli istifadə olunması,xərclərin optimallaşdırılması və itkilərin qarşısının alınması üzrə və təkliflərin hazırlanması proseslərində bilavasitə iştirak edir; Təqvim ili başa çatdıqdan sonra illik iş proqramının icra vəziyyəti barədə hesabatın tərtib edilməsində bilavasitə iştirak edir; 
  • Şöbənin, struktur bölmələri tərəfindən göstərilən xidmətlərin maya dəyərinin və fəaliyyət növlərinin təhlili prosesində iştirak edir; 
  • İstehsalat sahələri ilə birlikdə gəlir və xərclər smetasının, habelə şöbənin fəaliyyətinin kompleks iqtisadi analizinin aparılmasında iştirak edir; 
  • Müxtəlif struktur bölmələrindən daxil olan maliyyə məlumatlarını toplayır, sistemləşdirir və təhlil edir; 
  • Şöbənin əsas və yardımçı fəaliyyəti üzrə iqtisadi göstəricilərin (natural və maliyyə ifadəsində) təhlillərinin nəticələrinə dair rəhbərliyə məlumat hazırlanmasında iştirak edir; 
  • Şöbə üzrə iqtisadi səmərəliliyin hesablanmasında iştirak edir; 
  • Şöbənin maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərr üzrə xidmətlərin maya dəyərinin azaldılması və mənfəətin artırılması üzrə tədbirlər planının hazırlanmasında iştirak edir; 
  • Struktur bölmələrinə iqtisadi məsələlərin həllində metodiki dəstək göstərir və məsləhətlər verir; 
  • Planlaşdırma və büdcə göstəricilərinin düzgünlüyünü yoxlayır; 
  • İqtisadi göstəricilər üzrə analitik arayışlar və hesabatlar hazırlayır;
  • Debitor və kreditor borcları, eləcə də ehtiyyatlar üzrə təhlillərdə iştirak edir. 
  • Biznes proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə təkliflər verir. 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət olunmasını təmin edir. 

Tələblər

  • Təhsil pilləsi:Ali bakalavr
  • Müddəti / İş təcrübəsi:4 İl / Müvafiq sahə üzrə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Rus dili
  • İngilis dili
  • Microsoft Excel
  • Microsoft PowerPoint
  • Microsoft Word

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.