Santral Elektrik LTD

Brend üzü və Kontent Mütəxəssisi

Santral Elektrik LTD
700 ₼
644
Tam iş günü
Bakı, Azərbaycan
13.08.2025 04:49 - 13.09.2025 12:00

İş haqqında məlumat

Santral komandasına - Bizim məhsullarımızı sevdirəcək, kamerada özünü sərbəst hiss edən, izləyicilərlə ünsiyyəti bacaran və yaradıcı kontent hazırlamaqda istedadlı davamlı və enerjili namizəd axtarırıq!

Sən həm brendimizin üzü olacaqsan, həm də sosial mediada, videolarda və saytda məhsullarımızı təqdim edəcəksən.

  • Məhsulu təqdim edən videolar — kamerada çıxış edərək məhsulu izah etmək, göstərmək və izləyicilərə çatdırmaq (üzün və səsin görünməsi ilə);
  • Məhsulun vizual videoları — yalnız məhsulun estetik çəkilişlərini etmək (üz göstərmədən), detalları ön plana çıxarmaq;
  • Canlı yayımlar — məhsulları tanıtmaq, izləyicilərin suallarını cavablandırmaq (üz göstərmək tələb olunmur);
  • Video və foto montajı aparmaq, sosial mediada paylaşılacaq materiallar hazırlamaq;
  • Şirkətin saytına məhsul şəkilləri və məlumat əlavə etmək, kontent yeniləmək;
  • Sosial şəbəkələrdə baxış və satışların artmasına töhfə verəcək yaradıcılı ideyalar təklif etmək və həyata keçirmək.

İş şərtlərimiz:

  • İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə;
  • Əmək haqqı: 700 azn + nəticəyə görə bonus imkanı.

Müraciət üçün: CV-lərinizi və (varsa) portfolionuzu “Brend Üzü və Kontent Mütəxəssisi” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • Təhsili: Ali təhsil;
  • İş təcrübəsi: minimum 1-2 il ;
  • Dillər: Azərbaycan dili (rus dili üstünlükdür).

Bizim üçün vacibdir:

  • Kamerada sərbəst danışıq və təqdimat bacarığı;
  • Yaradıcılıq və təqdimat sahəsində istək və həvəs;
  • Yüksək ünsiyyət bacarığı və müştərilərlə səmimi dialoq qurmaq;
  • Kreativ düşüncə və detallara diqqət;
  • Xarizmatik görünüş və pozitiv enerji;
  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq;
  • Əlavə bacarıqlar üstünlükdür: Saytın kontent yenilənməsi, foto sayta əlavə etmə, Video montaj proqramlarında işləmə bacarığı (CapCut, InShot və s.).