Bakı,
Azərbaycan
12.06.2025 10:56
-
12.07.2025 12:00
İş haqqında məlumat
- Təmir olunacaq mürəkkəb quruluşlu dəzgahlarda sökmə və yığma işlərinə nəzarət edir, istiqamət verir;
- Nasaz dəzgahlarda problemi aşkar edir, analiz edərək aradan qaldırılması üçün tədbirlər həyata keçirir, təmirdən sonra yoxlayaraq dəzgahı istifadəyə verir;
- Yaranmış problemlərin səbəbini aydınlaşdırır və önləyici tədbirlər həyata keçirir;
- İllik texniki təmir planı üzrə zavod daxilindəki avadanlıq və mexanizmlərin təmir-sazlamasını (sıxma-bərkitmə, yağlama) həyata keçirir;
- Görülən işlər və istifadə olunan materiallar haqqında rəhbərliyə hesabat verir;
- Təmir işlərində lazım olan hissələri sifariş verilməsi üçün mütəmadi olaraq rəhbərinə bildirir;
- Texniki təmir sahəsi işçilərinin əl alətləri və avadanlıqlardan doğru şəkildə istifadə etmələrinə nəzarət edir;
- Nasaz mexanizmlərin saz vəziyyətdə olan hissələrindən istifadə edərək digər dəzgahları təmir edir, işlək vəziyyətə gətirir;
- İşçiləri iş öncəsi təlimatlandırır və iş yerində təhlükəsiz iş mühitinin yaradılmasını təmin edir;
- Baş vermiş mexaniki qəzaların qısa müddətdə aradan qaldırılması üçün tədbirlər həyata keçirir, təmirdə iştirak edəcək işçiləri təyin edir;
- Zavod daxilindəki bütün işlək mexanizm, dəzgah və avadanlıqların saz vəziyyətdə saxlanmasına nəzarət edir;
- Dəzgah və avadanlıqlardan düzgün istifadə edilməsi üçün operatorlara maarifləndirici məlumatlar verir;
- 5 tonluq kran vasitəsi ilə detalların daşınmasını həyata keçirir (sertifikatı olan);
- Proqram təminatı üzərindən açılmış qəzaları qəbul edir, görülən işləri və varsa istifadə olunmuş materiallar haqqında məlumat daxil edərək qəzanı bağlayır;
- Gecə növbəsi üçün aralıq anbarından materialların giriş və çıxışını qeyd edir;
- İş yeri: Sumqayıt şəhəri;
- İş rejimi: 3 növbə.
Tələblər
- Təhsili: Mexanik ixtisasını bitirən həm peşə məktəbi həm ali təhsil;
- İş təcrübəsi: 1 il;
- Xarici dil: Tələb olunmur;
- Kompüter biliyi: Tələb olunmur.