

Büdcə və Hesabatlılıq üzrə Menecer
Azerbaijan International Mining Company
Ə/h razılaşma ilə
838
Tam iş günü
Bakı,
Azərbaycan
22.07.2025 23:27
-
22.08.2025 12:00
İş haqqında məlumat
- Mədən sənayesi üzrə maliyyə büdcələrinin hazırlanması, icrası və nəzarətinin təmin edilməsi;
- İllik və rüblük büdcə proseslərini idarə etmək, proqnozlaşdırma və maliyyə hədəflərinə nail olmaq üçün rəhbərliklə birgə iş aparmaq;
- Büdcə ilə faktiki məlumatların müqayisəsi hesabatı və menecment hesabatlarının hazırlanması;
- İstehsalat və fəaliyyət göstəricilərinə əsasən iqtisadi analizlərin aparılması və bu analizlərin rəhbərliyə təqdim edilməsi;
- Xərclərin izlənməsi və optimallaşdırılması, büdcə sərhədləri daxilində fəaliyyətin səmərəliliyinin artırılması üçün təkliflərin hazırlanması4
- Maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək və büdcə xərc limitlərinə riayət olunmasını izləmək;
- Müxtəlif departamentlərlə əməkdaşlıq edərək fəaliyyətin büdcə uyğunluğunu təmin etmək;
- Yemək xərcləri;
- Aylıq telefon istifadəsi;
- Tibbi sığorta;
- Nəqliyyat xərcləri ezamiyyə zamanı;
- Yaşayış yeri ezamiyyə zamanı;
- İş yeri: Bakı şəhəri, Azərbaycan;
- İş qrafiki: Tam ştat (5 iş günü / 2 istirahət günü);
- Ezamiyyə: Zərurət yarandıqda regionlara ezamiyyətlər olacaqdır.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə);
- Mədən sənayesi və ya istehsalat sahəsində büdcələmə və maliyyə hesabatlılığı üzrə ən azı 5 illik təcrübə;
- Maliyyə planlaşdırması və proqnozlaşdırma, büdcə və hesabatlıq üzrə geniş təcrübə;
- IFRS və yerli maliyyə qanunvericiliyi, maliyyə təhlili və qiymətləndirmə prinsipləri üzrə dərin biliklər;
- ERP proqramları ilə işləmək bacarıqları;
- Yüksək səviyyədə MS Excel bacarıqları (maliyyə modelləri, pivot cədvəllər, analitik hesabatlar və s.);
- Analitik düşüncə və təhlil bacarığı, iqtisadi analizlərdə yüksək dəqiqlik;
- Güclü təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
- Yüksək ünsiyyət bacarığı, hesabat təqdimetmə və qərar qəbul etmə bacarığı;
- Strateji düşüncə və maliyyə qərarlarının dəstəklənməsi;
- Maliyyə və büdcə analizləri sahəsində rəhbərlik təcrübəsi;
- ACCA sertifikatları üstünlükdür (FA-maliyyə uçotu və MA-idarəetmə uçotu mütləqdir);
- Hasilatın pay bölgüsü üzrə saziş sahəsində iş təcrübəsi böyük üstünlükdür;
- Azərbaycan və ingilis dillərində sərbəst yazı və danışıq bacarığı.