AZFEN MMC

Cizgilərin yoxlanması üzrə mühəndis

AZFEN MMC
Ə/h razılaşma ilə
1056
Tam iş günü
Bakı, Azərbaycan
04.07.2025 23:53 - 04.08.2025 12:00

İş haqqında məlumat

  • Layihə və şirkətin keyfiyyət prosedurlarına uyğun olaraq modelləri, emalatxana çertyojlarını və skematikləri yoxlamaq;
  • Emalatxana çertyojlarında səhvləri aşkar etmək;
  • Çertyojların kifayət qədər material və qaynaq detalları ilə təmin olunduğuna əmin olmaq;
  • Çertyojların istehsal avadanlığının imkanlarına uyğun olmasını təmin etmək;
  • Zərurət olduqda çertyojçulardan ibarət komandaya rəhbərlik və istiqamət vermək;
  • Layihə və şirkətin keyfiyyət prosedurlarına və tələblərinə bələd olmaq;
  • Hazırlanan sənədlərin müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğunluğunu təmin etmək;
  • Gənc əməkdaşlara təlim və istiqamət verməkdə dəstək olmaq;
  • Şirkətin əmək təhlükəsizliyi və sağlamlıq siyasəti ilə tanış olmaq.

Tələblər

  • Mülki / Struktur / Mexaniki mühəndislik üzrə ali təhsil;
  • İngilis dilində yaxşı ünsiyyət bacarıqları;
  • Tekla Steel Structure proqramında iş təcrübəsi mütləqdir;
  • Emalatxana çertyojlarının hazırlanması və yoxlanılması sahəsində təcrübə mütləqdir;
  • Polad konstruksiya və/və ya Neft və Qaz sənayesində minimum 5 il struktur çertyoj hazırlama və yoxlama təcrübəsi;
  • İstehsalat sahəsində qaynaq və tikinti texnologiyaları üzrə yaxşı anlayış;
  • API, BS, GOST, EEMUA kimi beynəlxalq standartlar və normalar üzrə bilik;
  • AutoCAD proqramında inkişaf etmiş 2D çertyoj hazırlama bacarığı;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı.


Oxşar vakansiyalar