Bakı,
Azərbaycan
15.07.2025 16:46
-
15.08.2025 00:00
İş haqqında məlumat
- İaşə obyektinin menyusunda olan bütün un məmulatları ilə tanış olmaq;
- Standart reseptlərə uyğun olaraq, göstəriş verilən un məmulatların hazırlanması;
- İaşə obyektinin un məmulat xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək;
- Xüsusi un məmulatların hazırlanması metodları və inqrediyentlərlə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün hallarda çevik olmaq;
- Aşbaz, baş aşbaz köməkçsi və ya baş aşbaz tərəfindən müəyyən edilmiş təqdimat təlimatlarına əməl etmək;
- Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək;
- Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq;
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək;
- Mətbəxdəki köməkçilərə istiqamət verilməsi.
Tələblər
- Təhsil:
- Orta və ya peşə təhsil;
- Bilik və Bacarıqlar:
- Fiziki dözümlülük;
- Həm sərbəst həm komandada işləmək bacarığı;
- Dəqiq və diqqətlilik;
- Çoxşahəli iş görmək bacarığı;
- Qərar qəbul etmə;
- Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Öhdəliklər:
- SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq və bütün prosedurların təhlükəsiz və SƏTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək;
- Ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
- Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
- Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
- Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
- Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
- Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.