Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
2212
Tam iş günü
Bakı, Azərbaycan
11.07.2025 12:00 - 11.08.2025 12:00

İş haqqında məlumat

  • Qəbul edilmiş standart, qayda və prosedurlara uyğun olaraq işlərini planlaşdırmaq, icra etmək
  • Şirkətdə BI layihələrinin tətbiqində iştirak etmək;
  • Daxili və xarici sistemlərin məlumatlarının yoxlanılması və toplanılması ilə bağlı araşdırmaların aparılmasında və təkliflərin hazırlanmasında iştirak etmək;
  • Statistik məlumatların toplanılması istiqamətində təkliflər hazırlamaq və icrasında iştirak etmək;
  • Məlumatların inteqrasiya prosedurunun sadələşdirilməsi və digər informasiya ehtiyatlarının inteqrasiyasında iştirak etmək;
  • Şirkətin BI analitik sistemlərinə qoşulması üçün istifadəçiləri daxilolma qaydalarına uyğun olaraq giriş hüquqları ilə təmin etmək;
  • Şirkətin daxili informasiya ehtiyatlarının hazırlanması və təkmilləşdirilməsi ilə bağlı fəaliyyətdə metodiki köməklik göstərmək;
  • Məlumat anbarının (DataWarehouse) formalaşdırılmasında və OLAP (online analytical processing) sistemin qurulmasında iştirak etmək;
  • Məlumat anbarının dayanıqlı işləməsinə və məlumatların etibarlı saxlanılmasına nəzarət etmək;
  • Məlumatların çıxarılması, transformasiyası və toplanılması (ETL) prosedurunu həyata keçirir və sadələşdirilməsi ilə bağlı fəaliyyətdə iştirak etmək;
  • Hesabat xarakterli SQL sorğularının hazırlanmasını təmin etmək;
  • BigData-nın formalaşdırılmasında, emalında və idarə edilməsində iştirak etmək;
  • Bİ layihələrində kənar dəstək şirkətlərini tələb olunan məlumatlarla təmin etmək;
  • ETL (extract, Transform, Load) paketlərini formalaşdırmaq, dəyişikliklərini yerinə yetirmək
  • Bİ sistemlərinin işini monitorinq etmək;
  • Şirkətdə müvafiq biznes proseslərin dayanıqlığının testləşdirilməsində və bərpasında iştirak etmək;
  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək;
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı;
  • Təlim və sertifikat proqramlarına dəstək;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək.

Tələblər

  • ETL proseslərinin dizaynı, inkişafı və dəstəklənməsi;
  • Sql Server\T-sql üzrə biliklər(T-SQL skriptlərinin yazılması və optimallaşdırılması);
  • Analitik modelin hazırlanması, inkişafı və saxlanılması;
  • Data Mart/Data Warehouse və ümumi BI mühiti üçün praktiki məlumat bazasının modelləşdirilməsinin təmin edilməsi;
  • DAX üzrə biliklər;
  • Power BI üzrə təcrübə;
  • BI alətlərinin tətbiqi, iş prosesinin qurulması və nəzarət edilməsi;
  • Microsoft Fabric üzrə biliklər (Təcrübə üstünlükdür);
  • Problemlərin həll olunmasında kreativ yanaşma;
  • Komandada işləmək bacarığı;
  • Vaxtın idarə edilməsi bacarığı.


Oxşar vakansiyalar