Bakı,
Azərbaycan
18.07.2025 15:15
-
18.08.2025 12:00
İş haqqında məlumat
- Korporativ kommunikasiya strategiyasına uyğun fəaliyyətlərin planlanması və həyata keçirilməsi;
- Müxtəlif şöbələr və rəhbərlik arasında effektiv məlumat axınının təşkili;
- İnformasiya bülletenləri, daxili elanlar, intranet kontenti və tədbirlər üçün mətn və vizual materialların hazırlanması;
- Əməkdaşların məlumatlılığını və bağlılığını artıracaq daxili təşəbbüslərin hazırlanması və icrası;
- Şirkət daxilində motivasiya və maarifləndirmə yönümlü tədbirlərin təşkili (townhall görüşlər, motivasiya günləri, yeni əməkdaşların adaptasiya proqramları və s.);
- Daxili kommunikasiya fəaliyyətləri üzrə rəhbərliyə hesabatların hazırlanması və təqdim olunması;
- Əməkdaşların rəy və təkliflərinin toplanması, təhlili və rəhbərliyə çatdırılması;
- Müntəzəm daxili sorğuların keçirilməsi və nəticələrin analiz olunaraq aidiyyəti üzrə təqdim edilməsi.
Tələblər
- Ali təhsil (Kommunikasiya, PR, Jurnalistika, Biznes İdarəçiliyi və ya digər müvafiq sahələr üzrə);
- Oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Yaradıcılıq və kontent istehsalı sahəsində bacarıq;
- Komanda ilə əməkdaşlıq və fərqli funksional bölmələrlə effektiv ünsiyyət qurmaq bacarığı;
- MS Office proqramlarını yüksək səviyyədə bilmək; intranet, newsletter və digər daxili kommunikasiya platformaları ilə tanışlıq;
- Azərbaycan dili – sərbəst; İngilis və/ya Rus dili bilikləri üstünlük sayılır.