GoldenPay

Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis

Ə/h razılaşma ilə
2123
Tam iş günü
Bakı, Azərbaycan
10.04.25 - 10.05.25

İş haqqında məlumat

  • Təşkilatın daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması; 
  • Təşkilatın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi (yaranma mərhələsində; 
  • Daxili tədqiqatların aparılması: Daxili qayda, proses və siyasətlərin pozuntusu aşkar olunduqda səbəbləri araşdırmaq; 
  • Dələduzluq faktları ilə bağlı şübhəli hallar yarandıqda rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar aparmaq və hesabat tərtib etmək;
  • Dələduzluq və fırıldaqçılıq faktlarının/risklərinin müəyyən edilməsi və qarşısının alınması məqsədilə rəhbərlə razılaşdırılmış şəkildə təşkilati tədbirlərin görülməsini və aidiyyəti biznes strukturları qarşısında tələb qaldırmaqla bu proseslərə nəzarətin təmin edilməsi məqsədilə tövsiyyələr vermək; 
  • Daxili təhqiqat prosesləri zamanı Təşkilatın digər struktur bölmələri ilə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək; 
  • Aşkar olunmuş dələduzluq məlumatlarının toplanılmasını təmin etmək, onların analitikasını aparmaq və risk səviyyəsinin azaldılması üçün müvafiq təkliflər vermək; 
  • Təşkilatdaxili nəzarət funksiyaları tərəfindən aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər planının vaxtında icrasının nəzarətini təmin etmək;
  • Təşkilatdaxili  departamentlərdən / funksiyalardan daxil olmuş Komplayens tələbləri ilə bağlı sorğuların cavablandırılması;
  •  İcra olunmuş audit kənarlaşmaları üzrə dövrü sınaqlar aparmaq;
  • Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər təşkilatdaxili siyasətlərin və qaydaların idarə edilməsinə dəstək olunması;
  • İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Tələblər

  • Təhsil: İqtisadiyyat sahəsində (və ya uyğun digər sahə) ali təhsil (bakalavr);  
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2 il; 
  • Azərbaycan dili: səlis (yazı və danışıq);  İngilis dili – səlis, Rus dili – Arzuolunandır; 
  • Lisenziya / Sertifikat: Komplayens, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır; 
  • Bazar üzrə biliklər: Nəzarət orqanlarının tələbləri ilə bağlı dərin biliklər; 
  • MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər; 
  • Analitik təhlil etmə qabiliyyəti; 
  • Kollektivdə işləmək bacarığı. 

Oxşar vakansiyalar