Şuşa,
Azərbaycan
28.08.2025 05:05
-
28.09.2025 12:00
İş haqqında məlumat
- Otelin yataq dəstlərinə və işçilərin uniformalarına lazım gəldikcə düzəlişlər edilməsi və onların istifadəyə yararlı olmasının təmin edilməsi;
- Pərdələrin, divan yastıqlarının və divar üzlərinin tikilməsi;
- Tikiş xidmətləri ilə bağlı qonaq sorğularının yerinə yetirilməsi;
- Tikiş maşını və digər avadanlıqların işlək vəziyyətdə olmasının təmin edilməsi və hər hansı təmir işlərinə dair tələbat yarandıqda, bu barədə şöbə rəhbərlərinə xəbər verilməsi;
- Tikiş ehtiyatlarının qorunub saxlanılması və lazım gələrsə inventarizasiyada kömək edilməsi;
- Korlanmış və itmiş yataq dəstləri və uniformalara dair qeydlərin aparılması;
- Gündəlik olaraq işçi uniformalarının və yataq dəstlərinin təhvil verilməsi və qəbul edilməsi, eləcə də bütün sənədləşmənin müvafiq qaydada aparılmasının və yenilənməsinin təmin edilməsi;
- İş yeri ərazisinin təmiz və qaydada olmasının təmin edilməsi.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09.00-dan 16.00-kimi;
- İş yeri: Şuşa şəhəri.
Əmək haqqı:
- Başlanğıc aylıq əmək haqqı 800 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq).
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Müraciət üçün:
- Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Dərzi” qeyd etməklə [email protected] epoçt ünvanına ya da (051) 244-14-12 whatsapp nömrəsinə əlavə edib göndərmələri xahiş olunur.
- DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur.
Tələblər
- Təhsil: Vacib deyil;
- İş təcrübəsi: 1 ildən 3 ilə kimi;
- Cins: Bəy;
- Məsuliyyətli olmaq.