Baku Electronics

Direktor Köməkçisi

Baku Electronics
Ə/h razılaşma ilə
1829
Tam iş günü
Bakı, Azərbaycan
01.09.2025 00:00 - 01.10.2025 00:00

İş haqqında məlumat

  • Baş İcraçı Direktorun keçirdiyi danışıqların, görüşlərin və iclasların hazırlığının təmin olunması;
  • Müvafiq sənədlərin toplanması, yerləşdirilməsi və qeydiyyatının aparılması;
  • Baş İcraçı Direktorun gündəlik iş planının idarə edilməsi və effektiv vaxt bölgüsünün təmin edilməsi;
  • Tapşırıqlar gündəliyinin aparılması, icra vəziyyətinin izlənilməsi və rəhbərliyə məlumatlandırma;
  • Şirkətin müəyyən etdiyi korporativ üslub əsasında daxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
  • Baş İcraçı Direktorun texniki fəaliyyətlərinin təmin olunması (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
  • Tədbirlər təqviminin idarə olunması və müvafiq xatırlatmaların verilməsi;
  • Zəruri hesabatların hazırlanması və təqdim olunması.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Direktor köməkçisi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Tələblər

  • Ali təhsil;
  • Minimum 1 il icraçı köməkçi və ya inzibati sahədə iş təcrübəsi;
  • Azərbaycan dilində səlis, rus və ingilis dillərindən birini sərbəst bilmək (hər ikisi üstünlükdür);
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Yüksək təşkilatçılıq, planlama və vaxtın idarə olunması bacarığı;
  • Məxfilik, məsuliyyətlilik və detallara diqqət;
  • Yüksək ünsiyyət və peşəkar yazışma bacarığı.