Bakı,
Azərbaycan
17.06.2025 14:45
-
17.07.2025 12:00
İş haqqında məlumat
- Nəqliyyat vasitələrinin düzgün yüklənməsinə, göndərilməsinə, çatdırılmasına və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəhbərinə məlumat vermək;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
- Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
- Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
- Sürücülərin və köməkçilərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
- Optimal marşrut xətlərinin hazırlanması.
- Sürücülərin işinin koordinasiyası
- Optimal marşrutların hesablanması
- Daxil olan zənglərin qəbulu
- Sürücülərlə və köməkçilərlə daimi əlaqə
- Yol sənədlərinin verilməsi və işlənməsi
- Məlumat bazasına məlumatların daxil edilməsi
- Sürücülər və köməkçilər üçün səfər öncəsi təlimat
- Xidmətlər üçün hesab-fakturaların yaradılması
- Şirkət daxili qanuna uyğun olaraq mühasibat sənədlərinin hazırlanması
- Dövlət Yol Hərəkəti qaydalarını bilməli
- İş hesabatlarının təqdim edilməsi
- Sürücü və sürücü köməkçilərinin nizam – intizam qaydalarına riayət edilməsinə nəzarət
- Nəqliyyat vasitələrində soyuducu və GPRS sistemlərinin işlək olub olmamasına nəzarət
- Nasaz avtomobillərin təmirlə bağlı servisə yönləndirmək
- Nəqliyyat vasitələrinin texniki baxış, siğorta, reklam icazəsinin bitmə vaxtları, sms radar vasitəsi ilə inzibati xətaların yoxlanılması və bu barədə sürücülərin məlumatlandırılmasını təşkil etmək.
- Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərinin daxili satınalma qaydalarına əsasən icra olunmasının təşkili
- İş qrafiki: 6 günlük;
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur;
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Tələblər
- Müfaviq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Yaş həddi: 30 - 45 yaş;
- Staj: 3 il müfaviq sahə üzrə;
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) orta səviyyədə bilmək;
- Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməli;
- Avtonəqliyyat vasitələrinin texniki istismar qaydalarını bilməli;
- Yol hərəkəti qaydalarını bilməli.