İstisu mineral su zavodu
Ə/h razılaşma ilə
4736
Tam iş günü
Bakı, Azərbaycan
28.08.2025 05:09 - 28.09.2025 12:00

İş haqqında məlumat

  • Sosial şəbəkələr üçün dizayn materiallarının hazırlanması (foto/video/motion);
  • TV üçün materialların hazırlanması (TV bant və s.) ;
  • Çap məhsullarının ( kataloq, bülleten, jurnal, firma blankı, emblem, logo, buklet, flayer, vizit kart və s.) dizayn olunması;
  • Reklam materiallarının (plakatlar, küçə reklamları,  bannerlər, vitrinlər və s.) hazırlanması;
  • Reklam kampaniyalarının qrafik və dizayn hissəsinin hazırlanması;
  • Şirkətin müştəriləri üçün nəzərdə tutulmuş hədiyələrin, endirim kartlarının, kampaniya bukletlərinin dizaynı və hazırlanması;
  • Korporativ tədbirlərin təşkilində bütün dizayn işlərinin təşkil olunması;
  • Yeni və mövcud proyektlər üzrə reklam strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsində təkliflərin verilməsi;
  • Müdiriyyətin verdiyi müvafiq tapşırıqları həyata keçirilməsi və hesabatların hazırlanması;
  • hazırlanmış dizaynlara uyğun olaraq texniki tapşırıqların verilməsi (stendlərin ölçüsü, hazırlanma materialı və s.) ;
  • mövcud dizaynların adaptasiya edilməsi, üzərində işlənməsi;
  • videoların hazırlanması;
  • qablaşdırma dizaynların işlənməsi (etiket, butulka, dəmir qab və s.).

Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Dizayner” başlığı ilə göndərə bilər.

Tələblər

  • Araşdırmacı qabiliyətləri, kreativ, təşəbbüskar;
  • Ezamiyətlərə gedəbilən;
  • İntizamlı, səliqəli, şirkət kodeksinə uyğun geyinən;
  • Yaxşı ünsiyyət bacarıqları olan, müştərilərlə yaxşı ünsiyyət quran;
  • Kollektivdə işləmə qabiliyyəti olan;
  • Müdiriyyətin göstərişlərini vaxtında icra edən;
  • Təcrübəsi olan, universitet məzunu, bacarıqlı işçi;
  • Bakalavr dərəcəsi (İnformasiya texnalogiyaları,  Rəssamlıq Akademiyası  məzunu arzu olunandır);
  • FMCG təcrübəsi arzuolunandır;
  • Azərbaycan dili - əla, Rus dili - orta, İngilis dili – orta;
  • Word, Excel, Power Point, Corel Draw, Adobe illustrator, Adobe Photoshop, Adobe Premiere Pro, Adobe After Effect, Cinema 4d və ya 3DS max arzuolunandır.