SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
4030
Tam iş günü
Bakı, Azərbaycan
10.04.25 - 10.05.25

İş haqqında məlumat

  • Mühafizə vasitələrinin, avtomatika və telemexanika cihazlarının mürəkkəb qurğularında qüsurları aşkar etmək və sazlamaq;
  • Kontak-rele, ion və elektrikmaqnit ötürücülərinin sxemlərində qüsurları aradan qaldırmaq və aparatları tənzimləmək;
  • Mərkəzdənqaçma nasoslarının və kompressor qurğularının elektrik mühərriklərinin texniki baxışı və qulluğu işlərini icra etmək;
  • Paylayıcı qurğuların texniki baxışı və qulluğu işlərini icra etmək;
  • Elektrik dolablarının texniki baxışı və qulluğu işlərini icra etmək;
  • Kabel xətlərinin izolyasiyasını yoxlamaq;
  • Avadanlıq və qurğuların elektrik təmir işlərini icra etmək;
  • Zavodun işıqlandırma sistemi və səyyar elektrik ehtiyacını təmin etmək;
  • Elektrik qurğu və avadanlıqların montaj və demontaj işlərinin yerinə yetirilməsində iştirak etmək;
  • Elektrik maşınlarının, blokirovkalayıcı, siqnalizasiyalaşdırıcı və idarə qurğularının iş rejiminin avtomatik tənzimləyici qurğularının montajı, təmiri və sazlanması işlərini görmək;
  • Elektrik avadanlıq və qurğuların montaj edilməsi üçün kabel xətlərinin növləri və uzunluqlarına olan tələbatın müəyyənləşdirilməsində iştirak etmək;
  • Müxtəlif sistemli və təyinatlı elektrik və elektron cihazlarının mexaniki və elektrik hissələrini sökmək, mürəkkəb təmiri və yığılması işlərini görmək;
  • Elektrik maşınların rotorlarını balanslaşdırmaq, titrəyişi aşkar etmək və aradan qaldırmaq;
  • İki və üç sarğılı güc transformatorlarının əsaslı təmiri, ölçü, soba, dartıcı, qaynaqedici, yağlı və xüsusi transformatorların tam təmiri işlərini yerinə yetirmək.

Tələblər

  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Orta təhsilli;
  • Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlara əsaslanaraq bütün qurğularda və elektrik yarımstansiyalarında olan elektrik avadanlıqlarını sazlamaq və onlara xidmət etməkdən ibarətdir;
  • Yüksək və alçaq gərginlikli elektrik açarlarının, paylayıcı qurğuların, transformatorların, elektrik mühərriklərinin, dizel generatorlarının və digər elektrik avadanlıqların işləmə prinsiplərini bilməli, elektrik sxemləri, diaqramları oxumağı və anlamağı bacarmalı, elektrik təchizatı sisteminə aid olan bütün elektrik avadanlıqlarının təmirini, bərpasını, sınaq-sazlama işlərini yerinə yetirə bilməlidir;
  • Yüksək və alçaq gərginlikli elektrik avadanlıqlarında elektrik əməliyyatlarının aparılmasını nəzəri və praktiki olaraq bilməlidir.