Bakı,
Azərbaycan
13.06.2025 18:02
-
13.07.2025 12:00
İş haqqında məlumat
- Tikinti obyektləri üzrə elektrik sistemlərinin layihələndirilməsi və texniki həllərinin hazırlanması;
- Layihə sənədlərinin (sxemlər, şit planları, kabelləşmə planı və s.) AutoCAD və ya digər ixtisaslaşmış proqramlarda tərtibi;
- Elektrik layihələrinin yerli və beynəlxalq norma və standartlara uyğun hazırlanması;
- Aşağı və orta gərginlikli elektrik şəbəkələrinin layihələndirilməsi və texniki hesablamalarının aparılması;
- Tikinti sahəsində elektrik montaj işlərinə texniki nəzarətin həyata keçirilməsi;
- Elektrik avadanlıqlarının (şit, kabellər, avtomatlaşdırma qurğuları və s.) düzgün seçilməsi və spesifikasiyasının hazırlanması;
- Layihələrin həyata keçirilməsi zamanı sahə işçiləri və podratçılarla koordinasiyanın təmin olunması;
- Texniki auditlərdə iştirak və layihəyə dair hesabatların hazırlanması;
- Layihənin müxtəlif mərhələlərində texniki dəstəyin göstərilməsi və müştəri ilə texniki məsələlərin razılaşdırılması;
- İşlərin texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına uyğun şəkildə icra olunmasına nəzarət;
- İş yeri: Bakı şəh., Nərimanov ray., Məsud Əlizadə 138;
- İş qrafiki: I -V günlər;
- İş saatı: 09:00-dan 18:00-a;
- Koorporativ nömrə ilə təmin olunur.
Tələblər
- Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Minimum 5 il müvafiq sahədə iş təcrübəsi;
- Elektrik layihələndirmə proqramları ilə işləmə bacarığı (AutoCAD, EPLAN, MS office və s.);
- Elektrik təhlükəsizliyi qaydaları və normativləri haqqında bilik;
- Komandada işləmə və məsuliyyətlilik bacarığı.