Binagadi Oil Company

Elektrik qaz qaynaqçısı

Binagadi Oil Company
Ə/h razılaşma ilə
788
Tam iş günü
Bakı, Azərbaycan
22/05/2026 - 05/06/2026

İş haqqında məlumat

  • Qaynaq işlərinin icrası; 
  • Qaynaq ediləcək metal səthlərin təmizlənməsi, kəsilməsi və qaynağa hazırlanması;
  • Metal konstruksiyaların qaz ilə kəsilməsi işlərinin aparılması;
  • Keyfiyyətə nəzarət edilməsi;
  • İstifadə olunan qaynaq aparatlarının, kabel və şlanqların işlək və saz vəziyyətdə saxlanılması.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00 (həftədə 5 gün);
  • Servis xidməti mövcuddur (avtobus);
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Peşəkar inkişaf imkanı.
  • İş yeri: Bakı şəhəri, Binəqədi qəsəbəsi
  • Ezamiyyətlər: Nəzərdə tutulmur
  • Sınaq müddəti: Minimum 3 ay

Tələblər

  • Peşə təhsili (Müvafiq sahə üzrə diplom və ya sertifikat);
  • Yaş həddi 25 və yuxarı;
  • Neft-qaz sahəsi üstünlük təşkil etməklə və ya tikinti, istehsalat üzrə ən az 2 il iş təcrübəsi;
  • Elektrik qaz qaynaqçısı ixtisası üzrə sertifikat (ən azı 4-cü və ya 5-ci dərəcə);
  • Boru kəmərlərinin qaynağı üçün xüsusi attestasiya (digər qaynaq növləri üzrə sertifikatlar arzuolunandır);
  • İntizamlı, məsuliyyətli və dəqiq olması;
  • Kollektivdə işləmək bacarığı;
  • Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.

Biliklər:

  • Müxtəlif növ metalların xüsusiyyətlərini bilmək;
  • Qaynaq aparatlarının, qaz balonlarının və digər avadanlıqların iş prinsiplərini bilmək;
  • Texniki çertyojları oxumaq bacarığı;
  • Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarını bilmək.

 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.